Adenoid, üzüm salxımına bənzəyən və burun ilə boğaz arasına yerləşmiş bir toxumadır. Burundan girən bakteriya və virus cinsi mikrobları yaxalayır və orqanizmin mikroblarla savaşmasına yardımçı maddələr olan antikorlar yaradır. Əgər uşağınızda tez-tez təkrarlanan adenoid böyüməsi və ya iltihabı varsa, həkiminiz əməliyyat məsləhət görə bilir. Uşaqlar əməliyyatdan sonra artıq tez-tez xəstələnmirlər, çünki orqanizmdə adenoid kimi vəzifədə olan başqa toxumalar eyni funksiyaları yetərincə edə bilirlər.
Adenoidin göstəriciləri ?
Adenoidin böyüməsi halında müxtəlif göstəricilər görülə bilər. Uşağınızda aşağıdakı simptomlardan biri və ya bir neçəsi ola bilər :
- Burundan nəfəs almaqda çətinlik çəkməsi ;
- Davamlı olaraq ağızdan nəfəs alması ;
- Tıxanmış burundan danışma ;
- Nəfəs alarkən səs çıxması ;
- Yuxuda xoruldaması ;
- Yuxu zamanı bir neçə saniyə ilə nəfəsini tutması ;
Əgər uşağınızda adenoidin böyüməsindən və ya iltihablı olduğundan şüphələnirsinizsə, həkiminiz ilə məsləhətləşin.
Adenoidin müalicəsi necədir ?
Həkiminiz uşağınızın adenoidini öncə antibiotiklərlə müalicə etməyə çalışır. Əgər iltihablı deyilsə, həkiminiz bir müddət gözləməyinizi məsləhət görər, çünki uşaqlarda adenoidin bir qədər böyüməsi normaldır. Zamanla uşağınızın adenoidi özlüyündən kiçilə bilər.
Adenoid əməliyyatına nə vaxt qərar verilir ?
Uşaqda aşağıdakı vəziyyətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, həkim əməliyyat təklif edə bilər:
- Nəfəs alma çətinliyi ;
- Yuxu zamanı nəfəsin ara-ara tutulması ;
- Tez-tez boğazda iltihab ;
- Nitq pozğunluğu ;
Adenoid əməliyyatı necə olur ?
Nə qədər asan görünsə də hər əməliyyat uşaq və valideynlər üçün əsasən qorxuludur. Onları nələrin gözlədiyini danışaraq, uşağınızın özünü əməliyyata hazırlamasına yardımçı ola bilərsiniz. Əməliyyatda ;
- Uşağınız, anesteziya verilərək yatızdırılacaq. Bu əməliyyatın bir əməliyyatxanada ediləcəyi və uşağınızın əməliyyat əsnasında bir anestezioloq tərəfindən izlənəcəyi mənasını daşıyır.
- Uşağınız təxmini 20 dəqiqə yatacaqdır.
- Cərrah adenoidi uşağınızın ağzının içindən alacaqdır. Əməliyyat üçün dəridə bir kəsik edilməsinə gərək yoxdur.
Uşağınız palatada ayılacaq, tənəffüs çətinliyi və ya qanama simptomu olarsa, təkrar əməliyyatxanaya alınması məcburi ola bilər. Əsasən xəstəxanada ümumi qalma müddəti 5-10 saatdır.