Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi

Burunətrafı ciblər

Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi – Üz sümüklərinin daxilindəki boşluqlar burunətrafı ciblər (latınca sinus) adlanır. Sağlam olmaq üçün burunətrafı ciblərdə yaranan ifrazat buruna boşaldılmalıdır. Xroniki sinusit xəstələrində isə ifrazatın boşaldılmasını təmin edən axarlar tıxanmış olur. Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi ilə daralmış və ya tıxanmış burun axarları boşaldılır, beləliklə tənəffüsun asanlıqla baş verməsi və ifrazatın buruna boşalması üçün kifayət qədər geniş sahə yaranır.

Burunətrafı ciblərin endoskopik cərrahiyyəsindən hansı xəstəliklərdə istifadə edilir?
  • Burunətrafı ciblərin xroniki iltihabları
  • Burunətrafı ciblərin şişi
  • Göz çuxurunun travmadan irəli gələn zədələnmələri
  • Çoxsaylı burun polipləri
  • Çevrilmiş papilloma

Burunətrafı ciblərin endoskopik əməliyyatı necə aparılır?

Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi ümumi anesteziya altında həyata keçirilir və təxminən 1-2 saat davam edir. Burnun içindən kamera daxil edilməklə, heç bir kəsik və tikiş olmadan aparılır.

Əməliyyat zamanı mikroshaver adlanan xüsusi şardan istifadə edilir. Ciblərin endoskopik əməliyyatında tampondan istifadə edilmir.

Burunətrafı ciblərin endoskopik cərrahiyyəsindən sonra

Burunətrafı ciblərin endoskopik cərrahiyyəsindən sonra diqqət edilməli olan bəzi əsaslar mövcuddur. Ən əvvəl həkimin tövsiyə etdiyi dərmanlar mütəmadi olaraq qəbul edilməli, sarğılar və yoxlamalara ara verilməməlidir. Burunda bir və ya iki gün tıxanıqlığın olması gözlənilən haldır. Əməliyyatdan sonra normal həyata qayıtma müddəti 1 gündür. Tampon qoyulmalı olan hallarda isə bir neçə sarğıdan sonra normal həyatlarına qayıda bilirlər. Tam mənada yaxşılaşma müddəti isə 2-6 həftə arasında müşahidə edilir.

Burnu çəkməklə təmizlənməsi və buruna kran suyunu çəkmək kimi davranışlardan uzun müddət çəkinmək lazımdır. Burnu təmizləmək üçün həkimin tövsiyə edəcəyi püskürdücülərdən istifadəyə üstünlük verilməlidir.

Burunətrafı ciblər isti təsirlərə qarşı olduqca meyillidirlər. Buna görə də xüsusilə soyuq havalarda mütləq beret və ağızla burnu örtmək şərti ilə şərf taxılmalıdır.

Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi üçün həkimin seçilməsi

Burunətrafı ciblər lokalizasiyasına görə göz, göz yaşı kanalı, beyin, beyin qişası, beynə qan aparan damarlar kimi əhəmiyyətli quruluşlara yaxındır. Buna görə də burunətrafi ciblərin endoskopik əməliyyatı həssas prosedurdur və əməliyyatı aparan həkim bununla bağlı olaraq xüsusi təhsil almalı və təcrübəli olmalıdır.