Xoruldamanın Müalicəsində Peng Metodu

Peng Metodu

Xoruldamanın Müalicəsində Peng Metodu – Xoruldama xüsusilə son illərdə cərrahi metodlardakı inkişaf sayəsində uğurla müalicə edilməkdədir. Xoruldama yumuşaq damağın əyilməsi və kiçik dilin böyüməsi səbəbi ilə ortaya çıxıbsa bu zaman ən effektiv üsullardan biri Peng metodudur. Bu cərrahi üsulda yumuşaq damaq yuxarı çəkilərək və ön arxa diametri artırılaraq ağız ilə udlaq arasındakı sahədə ciddi mənada hava keçməsi təmin edilir və xoruldama müalicə edilir. Mən bu metoddan istifadə edərkən yumuşaq damaq əzələlərinə toxunmayıram və kiçik dilə heç bir cərrahi müdaxilə etmirəm.

Xoruldamanın Müalicəsində Peng Metodu Necə Tətbiq Edilir?

Kiçik dil yumuşaq damağın yuxarı çəkilməsi ilə normal ölçüsünə gətirilir və minimal cərrahi müdaxilə ilə xəstə gündəlik normal həyatına qayıdır. Kiçik dilə cərrahi müdaxilə edilmədiyi üçün şişkinlik və boğazda tıxanma hissi olmur. Xəstəmi əməliyyatdan sonra 1 gün xəstəxanada qonaq edirəm, 3 gün maye və püre tipli qidalar qəbul edir, 3-cü gündən sonra yüngül qatı qidalar və 7-ci gündən sonra qatı qidalara keçərək sağalma tamamlanır. Xəstələrim bu əməliyyatdan sonra 4-cü gün iş həyatına davam edə bilirlər.