Boğaz əti nə zaman əməliyyat olmalıdır?

Boğaz ətinin əməliyyat olunmasından sonra orqanizm müdafiəsiz qalarmı?

Boğaz əti immun sistemin bir parçasıdır. Boğaz nahiyəsində olduğuna görə orqanizmə hava və qida yolu ilə daxil olan mikroblarla ilk qarşılaşan toxumalardandır. Orqanizmə daxil olan mikrobları toplayaraq orqanizmin həmin mikroblara qarşı müdafiəsini təmin edir. Nəticədə boğaz əti iltihablanır və şişir. Boğaz ağrısı, boğazda şişmə, qızarıqlıq,udqunmanın çətinləşməsi, temperatur, halsızlıq kimi əlamətlərlə özünü göstərir.

•Boğaz əti iltihabı uşaqlarda il ərzində 3 ilə 5-dən artıq, böyüklərdə 2-dən artıq təkrarlandığında
•Ölçüsünün böyük olub nəfəs dayanmasına səbəb olduğu halda
•Qidalanma və nəfəs alma çətinliyinə səbəb olduğu halda
•Boğaz ətində şiş toxumasının olmasına şübhə olduqda
Ağız qoxusuna səbəb olduğu halda
•Limfa vəzilərinin şişməsinə səbəb olduğu halda
Ürək qapaq xəstəliyi olan insanlarda
•Böyrək iltihabına səbəb olduğu halda
•Üz çənə inkişafını pozan badamcıq böyümələrində

Boğaz ətinin əməliyyat olunmasından sonra


Orqanizmdə heç bir orqan lazımsız deyil, hər birinin öz funksiyası var. Boğaz ətinin funksiyası da kiçik yaşlarda mikroblara qarşı orqanizmi qorumaqdır. Lakin özləri infeksiyalaşdıqda orqanizm üçün daha təhlükəli toxuma halına gəlirlər və orqanizmdə i nfeksiya mənbəyinə çevrilirlər. Belə olan halda boğaz ətinin əməliyyat olunması orqanizm üçün daha faydalıdır. Həmdə boğaz əti tək başına infeksiyadan orqanizmin qorunmasında iştirak etmir. Bu toxumaya bənzər toxumalar boğazın arxa nahiyəsində burun udlaqda vardır, boğaz əti olmadığı halda həmin toxumalar qorumada iştirak edir

Badamcıq əməliyyatlarında yaş həddi yoxdur. Xəstənin şikayətləri və boğaz əti iltihabının verdiyi zərər əsas götürülür. Uşaqlarda ciddi nəfəs dayanması varsa və hər ay uşaq boğaz iltihabı keçirirsə 2,5 yaşdan da tez bu əməliyyat oluna bilər.
Əməliyyat müasir üsul və müasir alətlərlə qansız aparılır. Əməliyyat müddəti 20-30 dəq çəkir. Əməliyyatdan bir neçə saat sonra əməliyyat sahəsi kontrol edilir və pasient evə buraxılır. Evə buraxılarkən qidalanma hansı şəkildə olmalıdır və nələrə əməl olunmalıdır hazır yazılı formada pasientə verilir. Uşaqlarda əməliyyat sonrası ağrı böyüklərə nisbətən az olur, bol maye və duru qida qəbul olunması məsləhət görülür:
•Dondurma soyuq və qidalı olduğundan ən ideal qidalanmadır
•Pudinq yumşaq və qidalıdır
•Kartof püresi, meyvə suları, ayran, südlə yumşaldılmış biskivitlər, suplar məsləhət görülür.