Burunətrafı cibləri iltihabının endoskopik əməliyyatı iltihab probleminin müalicəsində hal-hazırda intensivliyi və təzahür edən simptomlara görə müxtəlif üsullardan istifadə olunur. Bu üsullar burunətrafı ciblərinin iltihabı probleminin aradan qaldırlmasında, burunətrafı ciblərinin kliniki anatomiyalarının korreksiyasında və selikli qişa quruluşunun bərpa edilmesində effektivdir. Burunətrafı cibləri iltihabının endoskopik əməliyyatı da bu müalicə üsullarindan biridir.
Burunətrafı ciblərin iltihabı niyə baş verir?
Burunətrafı ciblərin iltihabı problemi xəstənin gündəlik həyatındakı rahatlığına əhəmiyyətli dərəcədə təsir edən ciddi problemdir. İstənilən yaşda olan insanda rast gəlinən burunətrafı ciblərin iltihabı problemi xüsusilə xroniki başağrı probleminin ən büyük səbəbi kimi qarşımıza çıxır. Bununla yanaşı cəmiyyətdə olduqca tez-tez rast gəlinən burunətrafı ciblərin iltihabı problemi müxtəlif səbəblər nəticəsində təzahür edir, hər xəstədə fərqli şikayətlərə səbəb olur.
Burunətrafı ciblərin iltihabı probleminə səbəb olan amillər aşağıdakı ardıcıllıqla sadalana bilər;
- Burun daxilində polipin əmələ gəlməsi
- Yuxarı tənəffüs probləmləri
- Burunda çəpər əyriliyi və burun arakəsməsinin normadan kənaraçıxma problemi
- Müxtəlif allergik reaksiyalar
- Burunətrafı ciblərdəki deformasiyalar
- Burunətrafı ciblərin ağızlarının anatomik olaraq dar olması
- Burunətrafı ciblərin daxilindəki selikli qişanın quruluş pozğunluğu
Burunətrafı ciblərin iltihabının diaqnostikası necə aparılır?
Burunətrafı ciblərin iltihabı problemi olan xəstələr bir qayda olaraq yuxarı tənəffüs yollarının infeksiyası və baş ağrısına görə həkimə müraciət edir. Burunətrafı ciblərin iltihabı problemindən şübhələndikdə isə bir sıra diaqnoz üsullarından istifadə olunur. Bu prosesdə əlbəttə ki, xəstəlik tarixçəsi qiymətləndirilməli və ətraflı fiziki müayinə aparılmalıdır. Bu prosesdə endoskopik cihazın köməyilə burundaxili və burunətrafı ciblərin ağızlarının tomoqrafiyası çəkilir. Həmçinin burunətrafi ciblərin iltihabı diaqnozunda mühüm radioloji qiymətləndirmələr mövcuddur. Bunlar tomoqrafiya və MR müayinələridir.
Haqqında danışılan radioloji tomoqrafiyalar ilə xəstənın bütün burunətrafı ciblərinin görünüşü qiymətləndirilir. Beləliklə müalicənin planlaşdırılması da olduqca keyfiyyətli şəkildə aparılacaqdır. Burunətrafi ciblərin iltihabı problemi kəskin və xroniki olmaqla, təsnif edilir.
Burunətrafı ciblərin endoskopik əməliyyatı necə aparılır?
Əvvəlki illərdə açıq əməliyyat texnikası ilə tətbiq edilən burunətrafi ciblərin iltihabı əməliyyatları hal-hazırda endoskopik üsullarla aparılır. Burun daxilində aparılan burunətrafi ciblərin iltihabının endoskopik əməliyyatı kamera sayəsində aparılan sahə görünməklə həyata keçirilir. Ənənəvi əməliyyat texnikasına görə olduqca rahat və etibarlı üsul olan burunətrafi ciblərin iltihabının endoskopik əməliyyatı;
- Təxminən saat yarım davam edir.
- Xüsusi hallar istisna olmaqla, xəstəxanada qalmağa ehtiyac yoxdur.
- Əməliyyatdan sonra göz ətrafında yaranan şişkinlik və qançırlar müvəqqətidir.
Üstünlükləri nələrdir?
Təxminən son 15 ildə əksəriyyət tərəfindən üstünlük verilən burunətrafı ciblərin iltihabı endoskopik əməliyyatı cərrahlar üçün çətin, lakin xəstələr üçün asan əməliyyat kimi xarakterizə edilir. Bu əməliyyat, proses və sonra baş verən sağalma prosesində xəstəbaxımından olduqca rahatdır.