Burun qanaxması adətən burnun ortasında və burnun ön hissəsində yerləşən septum adlanan qığırdaq üzərindəki selikli qişadan qaynaqlanır. Selikli qişanın altında, burun girişindən cəmi bir neçə santimetr arxada xaricdən gələn havanın istiləşməsi, nəmləndirilməsi üçün vacib olan damar var. Bu şəbəkədəki damarlar səthə çox yaxındır və onların üzərindəki selikli qişa çox nazikdir. Soyuqdəymə və ya sinüzit zamanı və ya ağır olmayan travma zamanı müşahidə olunan qanaxmaların əksəriyyəti bu nahiyədən qaynaqlanır. Bəzi burun qanamaları, burnun arxasından gələn və burnu qidalandıran daha böyük damarlardan qanaxmadır. Bu qanaxmalar hipertoniya kimi sistemik xəstəlikləri olan yaşlı xəstələrdə daha çox müşahidə edilir və onların təqib və müalicəsi daha vacibdir.
Burun qanaması ən çox hansı yaşlarda olur?
Otorinolorinqoloq (LOR) Dr. Jalə Eyvazova bildirib ki, burun qanaması birinci uşaqlıq və erkən gənclik, ikincisi isə daha yaşlılarda rast gəlinir. Birinci qrupdakı qanaxma daha çox burun ön hissəsindən olur və nisbətən az problemlidir. Yaşlılarda qanaxma nisbətən daha ciddi nəticələrə səbəb ola bilən əhəmiyyətli bir qanaxmadır”.
Ən çox harada qanaxma olur? Qanayan damar haradadır?
Burun qanaxmasının təxminən 90%-dən çoxu burnun ön hissəsindən qaynaqlanır. Burnun ortasındakı qığırdaq divarını qidalandıran və burnun girişində çox səthi olan damarlar xarici faktorlara açıqdır. Burunun güclü təmizlənməsi, yüngül burun travmaları, idman çarpışmaları, yuxarı tənəffüs yolu infeksiyası kimi səbəblər bu nahiyədən qanaxmaya səbəb ola bilər. Burun ön hissəsindən qaynaqlanan qanaxmaya çatmaq və müalicə etmək nisbətən asandır. Bu nahiyədən qanaxma zamanı laxtalanma aradan qaldırıldıqdan sonra dik vəziyyətdə 5-7 dəqiqə həmin nahiyəyə təzyiq etməklə qanaxmanı dayandıra bilər.
Burun Qanaxmalarının idarə edilməsi
Dr. Jalə Eyvazova həmçinin bildirib ki, burun qanamaları zamanı oturmuş vəziyyətdə qalmaq və burnun hər iki tərəfindən barmaq ucları ilə təzyiq etmək məqsədəuyğundur: “Burun qanaxması daha böyük damarlardan qaynaqlana bilər və onların müalicəsi zamanı lazım olduqda əməliyyatla qanaxmanın dayandırılması tələb edə bilər. Əgər burun qanaxması təkrarlanırsa mütləq qulaq-burun-boğaz həkimi müayinə etməlidir. Endoskop vasitəsilə burunda qanayan hissə müayinə edilir və burun qanaxmasına səbəb olan damar müvafiq şəkildə müalicə edilir”.
Qeyd edək ki, bəzi xəstələrdə burun qanamaları zamanı burun tamponları tətbiq etmək lazım gələ bilər.