Burunun estetik əməliyyatı

burun

Tarixdə burunun estetik əməliyyatı Misirdə e.ə. 600-cü illərə dayanır. Burun sarğıları papirus iyeroqliflərində qeyd olunur. Tarixi miladdan əvvəlki dövrə əsaslanan burun estetik əməliyyatı bu uzun müddət ərzində ciddi yol qət edərək, günümüzdəki yerini alıb. Hələ də bütün dünyada ən məşhur əməliyyatlar sırasında yerləşir.

Burun üzümüzün tam ortasında yerləşən və əsasında fuksional olaraq nəfəs almağımızı təmin etməklə yanaşı xarici görünüşümüzü və üz ifadəmizi formalaşdıran bir orqandır. Burunun estetik əməliyyatını planlaşdırarkən ilk addım – rahat və açıq bir hava yolu təmin etməkdir.

Burunun estetik əməliyyatında uğurlu olmağın 4 əsas qaydası var
  1. Köməkçi strukturların gələcəkdə çökmə və əyilmə baş verməyəcək şəkildə bir burun düzəltmək.
  2. Funksionallığı ön planda olan, rahat nəfəs alan burun düzəltmək
  3. İnsanın üz quruluşuna uyğun olan, əsas dəstək nöqtələrini pozmadan estetik bir burun düzəltmək.
  4. İnsana baxıldığı zaman burun estetik əməliyyatı keçirdiyinin başa düşülməməsi

Yuxarıda saydığımız 4 qayda xüsusilə mənim əməliyyatlarımdan əvvəl özümə rəhbər tutduğum və uğurun sirrini formalaşdıran qaydalardır. Xəstələrimlə əməliyyatdan əvvəl  şikayətləri, gözləntiləri və icra oluna bilən prosedurlarla bağlı ətraflı söhbət aparıram, daha sonra çəkdiyimiz fotoşəkillər üzərində kompüterdə xüsusi programlar vasitəsilə icra oluna biləcək addımları başa salıram və razılığa gəldiyimiz anda əməliyyat erasyon gününü birlikdə təyin edirik və proseduru başa çatdırırıq.

Burunun estetik əməliyyatından əvvəl nələri tövsiyə edirəm?

Xəstələrimə burunun estetik əməliyyatından ən azı 10 gün əvvəl qan durulaşdırıcı aspirin və s. dərmanları qəbul etməməsini tövsiyə edirəm. Əməliyyatdan əvvəl  göyərmənin qarşısını alan üz kremi təyin edirəm və bu kremi 1 həftə əvvəl başlamağı tövsiyə edirəm.

Əməliyyat nə qədər çəkir?

Burunun estetik əməliyyatı zamanı hər buruna görə müxtəlif ölçüdə planlanmış xüsusi alətlərdən istifadə edirəm və əməliyyat müddətini burunun mürəkkəblik dərəcəsinə görə 1,5 saat ilə 2,5 saat arasında bitirirəm və bununla əlaqədar göyərməni minimuma endirirəm. Xəstənin rahat nəfə ala bilməsi üçün burun tamponundan istifadə etmirəm.

Əməliyyatdan sonra ağrı və göyərmə olur?

Yuxarıda qeyd etdiyim tədbirlərdən sonra göyərmə və ağrı çox az hallarda olur. Əməliyyatdan dərhal sonra xüsusi soyuducu maska edirəm, bu, göyərmə və şişlikləri minimuma endirir.

Əməliyyatdan sonra nə zaman işə başlamaq olar?

Burun gipsini orta hesabla 7-10 gün sonra çıxardıram və bu müddətdən sonra burun dərisi üzərinə ödemi azaldan və dəri rəngində olan lentlərdən istifadə edirəm. Bunları nəzərə alaraq, ən tez 7 gün sonra işə başlamaq olar.

Nə zaman duş qəbul etmək olar?

Burunda gips olduğuna görə su ilə təmas istəmirik, əməliiyatdan dərhal sonra boyun nahiyyəsindən başlayaraq duş almaq mümkündür.