Qulaq tüpü əməliyyatı

qulaq tüpü əməliyyatı

Qulaq tüpü əməliyyatı nədir?

Qulaq tüpü əməliyyatı (ventilyasiya borusu), orta qulaqda müxtəlif səbəblərdən meydana gələn hava təzyiqinin azalması nəticəsində təbil pərdəsi və eşitmə sümüklərinin zədələnməsi ilə meydana çıxan eşitmənin itirilməsi ilə bağlı tətbiq olunur. Bu səbəbdən  ilk əvvəl orta qulağın ve nəticə etibarılə yaranan eşitmənin itkisinin səbəblərinə nəzər salmalıyıq.

Orta qulaq və eşitmə itkisi

Orta qulaq, qulaqda təbil pərdəsindən sonra gələn və daxili qulaqdan əvvəlki hissədir. Orta qulaq eyni zamanda bütün bədənin tarazlıq ritmini tənzimləyən strukturdur. Orta qulaq boşluğu adı verilən sahə normal şərtlərdə hava ile doludur. Orta qulaqdakı bu hava təzyiqinin azalması ilə bərabər orta qulaq boşluğunda maye toplanmağa başlayır. Toplanmış bu maye eşitmə sümüklərinin hərəkət etməsinə əngəl yaradır və bu vəziyyət eşitmənin itkisinə (karlığa) səbəb ola bilər.

Qulaq tüpü yerləşdirməklə orta qulaqda meydana gələ bilən bu vəziyətlərin qarşısını almaq mümkündür. Təbil pərdəsinə taxılan kiçik ventilyasiya borusu qulaq boşluğunun ehtiyacı olan hava mübadiləsini təmin edərək təbil pərdəsi və sümüklərin yenidən normal hərəkət qabiliyyətinin əldə olunması təmin edilir. Qulaq tüpünün taxılmasını zəruri edən vəziyyətlər müxtəlif səbəblərdən baş verir durumlar farklı sebepler taşıyabilmektedir.

Səbəbləri nədir?

Orta qulaq – orqanizmin həm tarazlıq, həm də eşitmə funksiyalarında mühüm yerə sahib olan bir sahədir. Qulaqda təbil pərdəsindən sonra və daxili qulaqdan əvvəlki sahə – orta qulaq bölgəsidir. Orta qulaq boşluğu hava ile dolu olan bir sahədir. Bu sahədəki hava miqdarı normal şərtlərdə tarazlı bir quruluşa malikdir. Lakin bəzi amillərin təsiri ilə orta qulaq nahiyyəsindəki bu hava təzyiqi azalır, azalan hava təzyiqi ilə orta qulaq boşluğunda maye yaranmağa başlayır və bu maye eşitmə sümüklərinin hərəkət etməsini maneə yaradaraq eşitmə itkisinə səbəb ola bilər.

Qulaq tüpü əməliyyatları tam olaraq orta qulaqda meydana gələ bilən eşitmə itkisinin qarşısını almaq və hava təzyiqini tənzimləyərək orta qulaqdakı funksiyaları normal vəziyyətinə gətirmək məqsədilə həyata keçirilir.

Uşaqlarda ümumi və böyüklərdə yerli anesteziya altında aparılan qulaq tüpü əməliyyatları ilə təbil pərdəsinin aşağı hissəsinə 2 mm enində kiçik ventilyasiya borusu yerləşdirilir. Bir ucu orta qulaqda, digər ucu isə xarici qulaqda yerləşdirilən bu qulaq tüpü vasitəsilə orta qulaqda toplanan maye çəkilə, hava tarazlığı yenidən təmin edilə və eşitmə sümükləri ilə birgə təbil pərdəsinin funksiyaları yenidən bərpa edilə bilir.

Qulaq tüpü hansı vəziyyətlərdə istifadə olunur?

  • Orta qulaqda meydana gələn ventilyasiya pozğunluqları, xüsusilə böyümüş adenoid vəziləri və ya geniş damaq yarıqlarının səbəb olduğu havalanma (aerasiya) pozğunluqları zaman.
  • Davamlı təkrarlanan burun / sinus iltihabı təkrarlanan və ya həyatımızın normal vəziyyəti halını alan sinus / burun iltihabı orta qulağa ehtiyac duyulan havanın alınmamasına və bəzi problemlərin yaranmasına səbəb olur.
  • Burun boşluğunun şişləri və toxuma itkisi Yevstax borusu ilə qulaq boşluğuna açılan, bu borunun şişi və ya toxuma itkisi nəticəsində orta qulağa ehtiyac duyulan havanın alınmaması nəticəsində təbil pərdəsi və eşitmə sümükləri zədələnir. 
  • Orta qulaq iltihabları təbil pərdəsinin həddindən artıq qabarmasına səbəb olan və eyni zamanda həddindən artıq ağrı yaradan vəziyyətlərdir. Birdən başlayan (kəskin) və dərmanl aradan qaldırıla bilməyən orta qulaq iltihabları orta qulağa ciddi zərər verə bilər. Orta qulaq iltihablarında effektiv müalicə orta qulağın birbaşa ehtiyac duyduğu havanı təmin edəcək. Tekrarlanan orta qulaq iltihablarında orta qulağın havalandırılması ciddi əhəmiyyət daşıyır.
  • Orta qulaqda saqqız kimi yapışqan bir mayenin olması orta qulaqdaki hava miqdarına təsir edir. Adətən bu mayelər öz-özünə və ya tibbi müdaxilə ilə saradan qaldırılan mayelərdir, lakin bədənin özbaşına bu mayeləri çıxarmaması və ya tibbi müdaxilənin nəticə verməməsi halında orta qulağa zərər verir.
  • Uçuş ya da suya daxil olma zamanı yaranan barotravmalar hər iki halda da orta qulağın yüksək təzyiqə məruz qalmasını göstərir. Bu vəziyyət orta qulaqda hava tarazlığını pozan ciddi zərər yaradır.
  • Yevstax borusunun düzgün inkişaf etmədiyi hallar – daun sindromu, damaq yarığı kimi xəstəliklər xəstələrdə təbil pərdəsinin və ya Yevstax borusunun düzgün şəkilsə inkişaf etməsinə mane olur, bu vəziyyət orta qulağa zərər verir, zədələyir.
  • Təbil pərdəsinin çökməsi – təbil pərdəsi orta qulaqdan əvvəl yerləşir və bu nöqtədə meydana gələn çökmə hava tarazlığına əhəmiyyətli zərər vurur.

Qulaq tüpü əməliyyatı necə aparılır?

Qulaq tüpü əməliyyatları uşaqlarda ümumi anesteziya (narkoz) və böyüklərdə səthi  yalnız təbil nahiyyəsində dərmanlı bir pambıqla təmas edərək ya da dərmanın birbaşa təbil pərdəsinin üzərinə püskürdərək) anesteziya və ya yerli (inyeksiya yolu ilə) anesteziya yolu ilə həyata keçirilə bilər.

Anesteziyadan sonra mikroskop altında xarici qulaq keçəcəyindən girərək, təbil pərdəsi cızılır. Adətən təbil pərdəsində icra olunan bu cızıq vasitəsilə orta qulaqdakı maye çıxarılır. Tələb olunduqda, bu nöqtədə ventilyasiya borusu yerləşdirilir. Toplanmış mayenin çəkilməsi eşitmə sümükləri və təbil pərdəsinin yenidən hərəkət etməsinə imkan yaradır. Qulaq pərdəsinə 2 mm enində olan, bir ucu orta qulaqda, digər ucu xarici qulaqda olan kiçik ventilyasiya borusu yerləşdirilir. Orta qulağa yerləşdirilən bu kiçik şunt ilə hava tarazlığının bərpa edilməsi və eşitmə sümükləri ilə birgə təbil pərdəsinin yenidən hərəkət etmək imkanı təmin edilir.

Xəstəmiz uşaq olduqda qulaq tüpü əməliyyatı yolu ilə orta qulaq problemlərində mühüm  təsirə malik olan adenoidlər də çıxarılır.

Qulaq tüpü əməliyyatı ilə birgə xəstənin qulağında kənardan müşahidə edilə biləcək bir dəyişiklik baş vermir.

Qulaq tüpü əməliyyatlarının faydaları

Qulaq Tüpü Əməliyyatı ilə orta qulaq kimi həssas bir bölgənin sağlam hala gətirilməsi məqsədi qoyulur və sonrakı müddətdə də eyni sağlam hərəkət davam etdirilən şəkildə prosedurun həyata keçirilməsinə cəhd edilir.

  • Qulaq tüpü əməliyyatı ilə orta qulaq iltihabının yenidən baş vermə riski əhəmiyyətli dərəcədə aşağı düşür.
  • Qulaq tüpü taxılmaqla, orta qulaqda toplanan maye səbəbindən yaranan eşitmə itkisi aradan qalxır.
  • Orta qulaqdaki iltihabın aradan qalxması ilə birgə, iltihab səbəbindən yaranan  nedeniyle oluşan danışma və tarazlıq problemləri də aradan qaldırılır.
  • Orta qulaq iltihabı səbəbindən meydana gələn yuxu və davranış problemlərində aparılan qulaq tüpü əməliyyatı ilə yaxşılaşma təmin olunur.

Qulaqda qalma müddəti nə qədərdir?

Qulaq tüpü əməliyyatları ilə taxılan qulaq şuntlarının (ventilyasiya borularının) qulaqda qalma müddəti tüpün növündən və xəstənin xüsusiyyətlərinə görə dəyişir.

Qulağına ilk dəfə qulaq tüpü taxılan bir xəstə üçün seçilən qulaq şuntları qısa müddətli şuntlardır. Bu şuntlar qulaqda orta hesabla 6 – 9 ay qalır və daha sonra orqanizm tərəfindən xaric olunur. Tüpün orqanizm tərəfindən 1 ildən artıq xaric olunmaması halında uşaq xəstələrə yüngül bir anesteziya qazı tətbiq olunması yolu ilə şunt qulaqdan xaric edilir.

Qulaq şuntlarının təkrar tətbiq edilməsi zaman uzun müddətli şuntlar (T-şunt) istifadə olunur. Uzun müddətli qulaq şuntları 1 ildən artıq həkimin təyin etdiyi müddət ərzində qulaqda qalır. Orqanizm tərəfindən asanlıqla xaric olunmayan uzun müddətli şuntlar həkim tərəfindən çıxarılır.

Qulaq tüpü əməliyyatından sonrakı həyat

Qulaq tüpü (ventilyasiya borusu) taxıldığı andan etibarən qulaq sudan qorunmalıdır. Qulağın qorunmasına baxmayaraq iltihablanıb axıntı olması halında isə həkiminə müraciət etməlisiniz.