Kəsiksiz qulaq əməliyyatı

kəsiksiz qulaq əməliyyatı

Kəsiksiz qulaq əməliyyatı

Təbil pərdəsi əməliyyatlarında (Kəsiksiz qulaq əməliyyatı) tətbiq olunan klassik cərrahi metodlar, qulaq önü və ya arxasında müəyyən nöqtələrdən kəsik tətbiq edilərək, həyata keçirilir. Prosedur zamanı mikroskopdan istifadə olunur. Bu səbəbdən əməliyyatdan sonra kəsik yerlərinin tikilərək bağlanması və sarğı qoyulması tələb olunmur.

Təbil pərdəsi müalicəsi üçün kəsikdən istifadə edilərək həyata keçirilən klassik cərrahi metodlar vaxt keçdikcə yerini daha alternativ metodlara verir. Xüsusilə endoskopik metod bir çox müalicə metodunda olduğu kimi, təbil pərdəsi müalicələrində də klassik metodlara qarşı təsirli və çox uğurlu bir alternativ olaraq qarşımıza çıxır. Endoskopik metodla həyata keçirilən təbil pərdəsi əməliyyatlarına nəzər yetirməzdən əvvəl təbil pərdəsində əməliyyat tələb edən sağlamlıq problemlərinə qısa nəzər salmaq məqsədəuyğundur.

Təbil pərdəsi nədir?

Təbil pərdəsi orta qulaqla xarici qulaq arasında yerləşən və maneə, baryer funksiyasını yerinə yetirən bölgədir. Təbil pərdəsi baryer funksiyası ilə yanaşı səs dalğalarını qəbul edən səth olduğuna görə eşitmə ilə bağlı funksiyaları yerinə yetirən bir sahədir.

Qulaq axıntıları, uğultular, eşitmə itkisi və xüsusilə də orta qulaq infeksiyaları nəticəsində təbil pərdəsi zədələnə bilər. Təbil pərdəsinin eşitmə üçün mühüm funksiyalara sahib olması nöqteyi-nəzərindən zədələndiyi zaman bir müdaxilə aparılmadığı halda eşitmə itkisinə səbəb ola bilər. Təbil və ya qulaq pərdəsi əməliyyatlarının tələb olunduğu hallarda təbil pərdəsi toxumasının ətraflı şəkildə müayinə olunması problemin effektiv və uğurlu şəkildə aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb edir. Bu nəzərdən endoskopik metodla həyata keçirilən təbil pərdəsi əməliyyatları problemin mənbəyinin düzgün təsbit olunması və müalicəsi üçün, geniş bir baxış sahəsinin təmin olunması nöqteyi-nəzərindən sağlam imkanlar təqdim edir.

Təbil pərdəsi əməliyyatları

Təbil pərdəsi əməliyyatları insanın təbil pərdəsində meydana gələn və müxtəlif problemləri özü ilə bərabər gətirən sağlamlıq problemlərinin aradan qaldırılması üçün həyata keçirilən əməliyyatlardır.

Ümumilikdə, təbil pərdəsində meydana gələn probləmlərlər bağlı həyata keçirilən təbil pərdəsi əməliyyatlarının məqsədlərini aşağı şəkildə siralamaq olar;

  • Təbil pərdəsindəki dəliyin bərpa edilməsi
  • Qulaq sümüklərinin bərpa edilməsi
  • Orta qulaq boşluğunda mövcud olan infeksiyaların təmizlənməsi
  • Eşitme funksiyalarının yenidən normal vəziyyətə gətirilməsi

Klassik təbil pərdəsi əməliyyatlarının ümumilikdə müəyyən bir prosedur və tətbiq olunan metodların müəyyən bir standartı mövcuddur. Bu nöqteyi-nəzərdən klassik təbil pərdəsi əməliyyatlarında tətbiq olunan prosedurları aşağıdakı şəkildə sıralamaq olar;

  • klassik təbil pərdəsi əməliyyatları mikroskopdan istifadə edərək həyata keçirilir. Əməliyyat zamanı müalicənin tələb olunduğu sahə mikroskop vasitəsilə müşahidə edilir.
  • Klassik təbil pərdəsi əməliyyatlarında qulaq seyvanının arxasından dəridə bir kəsik aparılır və bu kəsik yolu ilə orta qulaq boşluğuna keçilir, lakin orta qulaq boşluğuna girmək üçün çox zaman sağlam strukturlu qulaq sümüyü xüsusi alətlərlə dəlinir və bir yol açılır.
  • Klassik təbil pərdəsi əməliyyatlarında kəsik aparıldığına görə kəsiyin tətbiq olunduğu yerlrdə tikişin qoyulması tələb olunur. Əməliyyatdan sonra isə tikişin olduğu bölgələrə sarğı və bandaj qoyulmalıdı. Bu vəziyyət xəstənin əməliyyatdan sonra sağalma dövründə rahatlıq baxımından mənfi təsir göstərir.

Klassik təbil pərdəsi əməliyyatlarında qulağın önündən, qulağın arxasından və ya qulağın içərisindən aparılan kəsiklər yolu ilə cərrahi müdaxilələrin həyata keçirilməsi həm kəsiyin izi, sarğılar və səbəb olduğu ağrılar baxımından, həm də əməliyyatdan sonra xəstənin sağalması baxımından mənfi təsir göstərir. Bu nöqteyi-nəzərdən, xüsusilə də son dövrlərdə kəsiksiz aparıla bilən təbil pərdəsi əməliyyatları qismində endoskopik metodlara üstünlük verilir.

Təbil pərdəsi əməliyyatı (Kəsiksiz qulaq əməliyyatı) necə aparılır?

Təbil pərdəsi əməliyyatlarında, son zamanlarda texnologiyada baş verən inkişaf nəticəsində alternativ əməliyyat metodları tətbiq olunmağa başlanıb. Klassik təbil pərdəsi əməliyyatlarına alternativ olaraq meydana çıxan və olduqca uğurlu nəticələr verən endoskopik təbil pərdəsi əməliyyatları metod baxımından da, tətbiq olunma baxımından da texnoloji dəyişiklərə  məruz qalıb.

Endoskopik metodla həyata keçirilən təbil pərdəsi əməliyyatlarında aparılan prosedurları aşağıdakı şəkildə sıralamaq olar:
  • Endoskopik təbil pərdəsi əməliyyatlarında kəsik aparılmır.
  • Endoskop adı verilən texnoloji görüntüləmə vasitələrindən istifadə edərək xarici qulaq keçəcəyindən girilir. Kəsik aparılmadan, xarici qulaqdan əldə edilən görüntü böyük bir monitora ötürülür və əməliyyat bu geniş görüş altında həyata keçirilir. Bu vəziyyət eyni zamanda həkim üçün geniş bir görüş sahəsi təmin etməsi və bu geniş görüş sahəsi vasitəsilə ən effektiv müalicənin tətbiq olunması baxımından da üstünlük təşkil edir.
  • Endoskoplar klassik təbil pərdəsi əməliyyatlarında istifadə olunan mikroskoplarla müqayisədə daha bucaqlı qabiliyyəti olan texnoloji vasitələrdir. Bucaqlı endoskoplar vasitəsilə mikroskop ilə görünməyən və çatmayan bölgələr daha rahat şəkildə görüntülənir.
  • Endoskopik təbil pərdəsi əməliyyatlarında xəstə toxumalar ətraflı şəkildə təmizlənə bilir və sağlam toxumalar bu prosedurlar zamanı böyük nisbətdə qoruna bilir.
  • Mikroskop kullanılarak gerçəkləşdirilən Təbil pərdəsi əməliyyatlarına göre, daha hassas ve ayrıntılı formada gerçəkləşdirilən endoskopik Təbil pərdəsi əməliyyatlarıyla, edilən proseslərin təsirləri daha çox müsbət reaksiyalar verir.
  • Endoskopik metodla həyata keçirilən təbil pərdəsi əməliyyatlarında mikroskopdan istifadə edərək həyata keçirilən təbil pərdəsi əməliyyatlarından toxumalar daha az zədələnir. Bu vəziyyət əməliyyatdan sonra xəstənin sağalma prosesinin daha sürətli keçməsini təmin edir.

Endoskopik metodla həyata keçirilən təbil pərdəsi əməliyyatları əsnasında hər hansı bir kəsik tətbiq olunmadığı üçün tikişin aparılması tələb olunmur. Əməliyyatdan sonra tətbiq olunan bandaj və ya sarğı da tətbiq olunmur. Bu vəziyyət xəstənin gündəlik həyatına sürətli şəkildə qayıtması və rahat sağalma prosesi keçməsinə imkan yaradır.

Endoskoplar bir çox əməliyyat tətbiqində mikroskoplarla kombinə olunmuş şəkildə  istifadə olunur. Mikroskopların yetərsiz olduğu hallarda əməliyyatın daha dəqiq və sağlam şəkildə həyata keçirilməsini təmin edir.

Təbil pərdəsi əməliyyatlarında endoskopik metod kəsik prosesi aparılmadan, xəstələrin eyni gündə evə yazılmasını, sürətli və effektiv müalicəni mümkün edir.