Tamponsuz burun əməliyyatı

Tamponsuz burun əməliyyatı

Tamponsuz burun əməliyyatıBurun əməliyyatları xüsusilə estetik cərrahiyyəsindəki inkişaf və kameralı müayinə texnologiyasının inkişaf etməsi ilə son illərdə artıb. Ən çox icra olunan əməliyyatlar burun qığırdağının əyrilikləri və sinusit əməliyyatlarıdır. Bu əməliyyatlardan sonra xəstələrin eən çox qorxduğu məqam – tampon qoyulması və bu tamponun çıxarılmasıdır. Xüsusilə də, burunun içindəki əyriliklərin düzəldilməsindən sonra  qığırdağı sabitləşdirmək və qanamanın qarşısını almaq üçün burunun içində təzyiq göstərən bir materialın olması şərtdir. Keçmişdə bu, bez tamponlar ilə hər iki burun dəliyi tıxanaraq təmin olunurdu, lakin son illər inkişaf edən teknologiyalarla buna alternativ olan, nazal spilint, septal stapler, merosel kimi bəzi məhsullar hazırlanıb.

Nazal splint

Xüsusilə ən çox istifadə material olan nazal splint  slikondan hazırlanmış yumşaq bir məhsuldur və burunun daxili şəklinə görə müxtəlif ölçülərdə hazırlanıb. Slikon nazal splint dəlikli olması səbəbindən əməliyyatdan sonra xəstənin burnunda tıxanma olmur və bu dəliklərdən rahatlıqla nəfəs alıb-vermək olar. Yumşaq bir material olduğuna görə yerləşdirilməsi cox rahatdır və xəstə splint yerləşdirilən zaman ağrı hiss etmir. Əməliyyatlarımın çoxunda mən də bu materialdan tez-tez istifadə edirəm.

Septal Stapler

Xüsusilə son illərdə inkişaf etdirilən bu məhsulda burunun içinə heç bir şəkildə splint, tampon və ya başqa bir məhsul qoyulnur. Stapler tək şəkildə istifadə olunur və 8 ədəd  əriyən burğudan ibarətdir, içəridə arakəsmə qığırdağını örtən selikli qişaları bir birinə bağlayaraq bərkidir. Daha sonra bu burğular əriyir. Əməliyyatdan sonra burunun içində bir şey olmadığına görə normal nəfəs alınmasına davam edilir. Lakin bu məhsul hər xəstə üçün uyğun deyil, sadəcə məhdud əyriliyi olan, müayinə zamanı dəyərləndirilib, uygun gələn xəstələrdə istifadə olunur.