Sinoplastika əməliyyatı

Şarşəkilli kateter

Xüsusilə son illərdə seçilmiş burunətrafı ciblərin xroniki iltihabı hallarında tez-tez üstünlük verdiyimiz üsul şarşəkilli kateter ilə aparılan – sinoplastika – burunətrafı ciblərin iltihabı əməliyyatı olan şarşəkilli kateterli sinoplastika üsuludur.

Şarşəkilli kateter ile sinoplastika əməliyyatı necə aparılır?

Əməliyyat ümumi anesteziya altında, burun daxilindən kameranın köməyi ilə aparılır və heç bir kəsik, tikiş olmadan əməliyyat başa çatdırılır. Kameranın müşayiəti ilə kateterin ucuna yerləşdirilən şar, tıxanmış burunətrafı cibin ağzında açılaraq həmin nahiyəni genişləndirir, genişlənmədən sonra burunətrafı cibin daxilindəki iltihab təbii yolla drenaj olunur və təmizlənir, heç bir kəsik olmadan, qanaxma olmadan prosedur başa çatdırılır.

Kimlərdə aparılır?

Burunətrafı ciblərin xroniki iltihabı diaqnozu qoyulmuş və yalnız iltihab olan hallarda çox tez-tez üstünlük verdiyimiz üsuldur.

Əməliyyat nə qədər davam edir?

Şarşəkilli kateter ilə sinoplastika əməliyyatı iltihabın yayılmasına görə 1–1,5 saat arasında dəyişən vaxt ərzində aparılır.

Əməliyyatdan sonra burnun daxilində tampon olur?

Bu əməliyyatlardan sonra burnun içində tampon olmur.

Burun polipi əməliyyatlarında şarşəkilli kateterdən istifadə edilə bilər?

Burun polipi əməliyyatlarında şarşəkilli kateterli sinoplastika əlverişli üsul deyildir, poliplər kütləvi intensivlik yaradaraq tıxama təsiri göstərdiyi üçün kiçik ölçülü yara təmizləyici (mikrodebrider) ilə aparılan əməliyyatlar daha uğurlu nəticələr verir.