Konxa Radiofrekans

Konxa Radiofrekans

Konka Radiofrekans necə aparılır?

Konxa Radiofrekans son illərdə ən sıx tərcih edilən prosedurdur və yerli anesteziya altında aparılır. Prosedur ümumi olaraq 15 dəqiqə davam edir. Prosedurdan sonra 30 dəq dinləmədən sonra evə getmək olar.

Konka Radiofrekans ümumi anesteziya altında aparılır?

Konxa Radiofrekans proseduru üçün ümumi anesteziya tələb olunmur. Lakin xəstələrdə alt konxa böyüməsi ilə yanaşı arakəsmə deviasiyası (burun qığırdağı əğriliyi) olduqda prosedur eyni seansda ümumi anesteziya altında aparılır.

Konxa Radiofrekansdan sonra tampon istifadə olunur?

Tampon istifadə olunmur, poliklinika şərtlərində aparılan prosedurdan sonra evə getmək olar.

Konxa Radiofrekansdan sonra şişkinlik və göyərmə olur?

Bu prosudurdan sonra burunda şişkinlik, göyərmə və şəkil dəyişikliyi olmur.

Konxa Radiofrekansdan sonra nəfəsalma nə zaman düzəlir?

Bu prosedurdan sonra tampondan istifadə olunmur və burun dərhal açılır.

Konxa Radiofrekansdan nə qədər sonra gündəlik həyata və işə qayıtmaq olar?

Bu prosedurdan dərhal sonra normal həyata davam edilir və işə başlamaq olar.

Konxa Radiofrekansdan sonra burun spreylərindən istifadə olunur?

Xüsusilə xəstələrimə burun içi təmizliyini təmin etmək məqsədilə steril olaraq istehsal edilmiş spreylərdən verirəm və bu, həm tez sağalmağı, həm də burun içi təmizliyini təmin edir.