badamcıq

Badamcıq əməliyyatı

Badamcıqlar ağız içərisində iki tərəfdə yerləşən və lokal müdafiə funksiyasını yerinə yetirən orqanlardır.

Badamcıq əməliyyatı – Badamcıq ağız içərisində iki tərəfdə yerləşən və lokal müdafiə funksiyasını yerinə yetirən orqanlardır. Vəzifəsi ağız yolu ilə daxil olan mikrobları hədəfləyən yerli müdafiə hüceyrələri yaratmaqdır. Bu funksiyalarını yerinə yetirdikləri zaman normadan artıq böyüyürlər və tez-tez infeksiyaya yoluxduqları zaman müdafiə əvəzinə orqanizmə zərər verməyə başlayırlar. Xüsusilə bu infeksiyalar çox irəliləyərsə böyrəklər, ürək, oynaqlar kimi müxtəlif yerləri infeksiyaya yoluxduraraq daha ciddi və geri dönüşü mümkün olmayan zərərlərə səbəb ola bilirlər. Bu vəziyyətə gəlmiş xroniki infeksiyalarda badamcıqları kəsdirmək ən düzgün müalicə üsuludur.

Badamcıqların əməliyyatı üçün yaş məhdudiyyəti neçədir?

Bir qayda olaraq 4 yaşa kimi bəzi xüsusi hallar istisna olmaqla, bu əməliyyatı etmək istəmirik. Yuxuda nəfəsin dayanmasına səbəb olan və boğaz girəcəyini tamamilə bağlayan iri badamcıqlar və ildə ən az 5-6 dəfə infeksiyaya səbəb olan badamcıqlar vardırsa, 4 yaşa kimi də bu əməliyyatı həyata keçiririk.

Badamcıq əməliyyatı nə qədər davam edir, anesteziya edilirmi?

Əməliyyat ümumi anesteziya ilə həyata keçirilir və təxminən 20 dəqiqəyə kimi davam edir. Uşaq əməliyyat otağına daxil edilməzdən əvvəl sakitləşdirici meyvə şərbəti verilir və əməliyyat otağına belə formada qəbul edilir. Sonra anesteziya aparılır və əməliyyat həyata keçirilir.

Tikiş qoyulurmu?

Əməliyyat ağız daxilində aparılır, tikiş qoyulmur.

Əməliyyat hansı üsulla icra edilir?

Badamcıqlar üzərində aparılan əməliyyat üçün son illərdə ən çox üstünlük verilən üsul termal welding ilə aparılan əməliyyatlardır.

Termal Welding üsulu nədir?

Son illərdə tez-tez istifadə edilən və əməliyyat zamanı qanaxma olmadan, yandırmadan badamcıqların çıxarılmasını təmin edən, xüsusi ucları olan alətlə aparılan üsuldur. Ağrının çox az olması, qanaxmanın olmaması və tikiş qoyulmaması bu üsulun ən mühüm üstünlükləridir.

Sağalma müddəti nə qədərdir? Xəstəxanada nə qədər qalırlar?

Əməliyyatdan sonra xəstəxanada təxminən 5 saata yaxın qalırlar. Səhər aparılan əməliyyatlarda günortadan sonra xəstə evə yazılır. Əməliyyatdan 1 gün sonra normal gündəlik həyata qayıdırlar.

Əməliyyatdan sonra qidalanma necə olmalıdır?

Qidalanmaya əməliyyatdan 2 saat sonra başlanılır. Yumşaq qatılıqda qidalar verilir. Əzmə, ilıq şorba, tərəvəz yeməkləri, meyvə əzməsi, sıyıq və dondurma üstünlük verilən qidalardır. 1 həftə ərzində qidaların daha yumşaq qatılıqda olmasına diqqət edilməlidir.

Badamcıq əməliyyatından sonra qanaxma olurmu?

Əməliyyatdan sonra qanaxma, xüsusilə termal welding ilə aparılan əməliyyatlarda müşahidə ehtimalı yox dərəcəsindədir.

Badamcıqların kəsdirilməsi vücudun müdafiəsini zəiflədirmi?

Badamcıqların kəsdirilməsinin bədənin müdafiəsini zəiflətməsi ilə bağlı simptom yoxdur. Boğazda və yuxarı tənəffüs yollarında müdafiə funksiyasını yerinə yetirən lonfoidlər bu funksiyanı öz üzərinə götürür.

Badamcıqlar nə vaxt kəsdirilməlidir?

  • Uşaqda son iki il ərzində ardıcıl dəfələrlə badamcıq iltihabı olduqda
  • Badamcıqların ətrafında abses əmələ gəldikdə
  • Uşaqda yuxu apneası olduqda
  • Badamcıq böyüdükdə
  • Badamcıqlarda şiş, vərəm kimi xəstəliklər olduqda