burun

Sinus Cərrahiyyəsi

Endoskopik sinus cərrahi əməliyyatları yüksək texnoloji alətlərin daha da inkişaf etməsi ilə artıq sinusit ve burun içi əməliyyatlarının vaz keçilməyəni olub.

Sinus Cərrahiyyəsi

Endoskopik Sinus Cərrahiyyəsi əməliyyatları yüksək texnoloji alətlərin daha da inkişaf etməsi ilə artıq sinusit ve burun içi əməliyyatlarının vaz keçilməyəni olub.

Endokopik sinus cərrahiyyəsində istifadə olunan alətlər və tərcih edilən yanaşma burun içindəki xəstəliyə görə fərqlənir. Ən sıx xroniki sinusit, nazal polipoz, burun içi xoşxassəli və bədxassəli xəstəliklərin müalicəsi, burun əti (konxa) kiçildilməsi, burun içi əyriliklərin (deviasiya) düzəldilməsi kimi bir çox xəstəliklər zamanı istifadə olunur.

Kameraya bağlı olan dəyişik bucaqlardaki endoskoplar vasitəsilə və burun içinə uyğun böyüklükdeki mikro alətlərlə hər hansı bir kəsik aparmadan, yalnız burun dəliklərindən girilərək bu əməliyyatları həyata keçiririk.

Bu əməliyyatlardan sonra xəstəmidə tampondan istifadə etmirik, tikiş qoyulmur və təxminən 1 gecə xəstəxanada qaldıqdan sonra 4 gün içində xəstəmiz rahatlıqla işinə qayıdır.

Endoskopik sinus cərrahi əməliyyatı hansı xəstəliklərdə aparılır?

FESS əməliyyatı xroniki sinusit, nazal polipoz, inverted papilloma, burun içi şişlər, sinus şişləri, serebrospinal maye sıxması (BOS fistulu) bərpası kimi bir çox xəstəlik üçün aparılır.

Əməliyyat necə aparılır?

FESS (Funksional endoskopik sinus cərrahiyəsi) əməliyyatı ümumi anesteziya altında, burun içindən kamera yardımı ilə icra olunur və hər hansı bir kəsik, tikiş olmadan əməliyyat başa çatdırılır. Əməliyyat zamanı mikroshaver adlanan xüsusi bir alət və ya balon istifadə olunur.

Əməliyyat nə qədər çəkir?

FESS əməliyyatları sinusitin yayılmasına görə 1 saat ilə 2 saat arasında dəyişən zaman ərzində aparılır.

Əməliyyatdan sonra burunun içində tampon olur?

Bu əməliyyatlardan sonra burunun içində tampon olmur.

Endoskopik sinus cərrahiyyəsi risklidir?

Göz, gözyaşı kanalı, görme siniri, beyin pərdəsi, beyin, beyinə qan aparan damarlar kimi mühüm strukturlar sinuslarin ətrafında yerləşdiyinə görə sinus cərrahiyəsi incə iş tələb edən bir əməliyatdır. Əməliyyat əsnasında bu strukturların zədələnməsi ehtimalı var. Bu səbəbdən endoskopik sinus cərrahiyəsi tətbiq olunaraq, cərrahların xüsusi bir təlimdən keçmələri və bu əməliyyatlar mövzusunda təcrübəli olmaları t\ələb olunur.

Endoskopik sinus cərrahiyyəsindən sonra aşağıdakılara diqqət edilməlidir:

  • Əməliyyatdan sonraki 24 və ya 48 saat burun tıxanmasının olması normaldır.
  • Həkimin tövsiyə dərmanların davamlı istifadəsi tələb olunur.
  • Həkimin tövsiyə etdiyi halda burun içi təmizləməni təmin etmək üçün spreydən istifadə olunmalıdır.
  • 4 – 6 həftə ərzində burunu təmizləmək tövsiyə olunmur.
  • Buruna kran suyu çəkmək olmaz.
  • Əməliyyatdan sonra burunda quruluq hissi və ya qabıqlanmanın olması normaldır. Təmizləmək üçün həkimin tövsiyələri diqqətə alınmalıdır.
  • Sarğı və müşahidələrə vaxtında getmək lazımdır.
  • Əməliyyatdan sonra sağalma prosesi 2 – 6 həftə kimi təyin olunur.

Balon sinoplastikası nədir?

Balon sinoplastii tıkalı koroner damarların balın ile genişletilmesi işleminin sinus kanallarına uygulanmasıdır. Genel anestesi altında gerçekleştirilir. Bölgede şişirilen balon ile hem kanallar genişletilmekte hem de sinus içleri yıkanmaktadır.

Nazal polip əməliyyatlarında balon istifadə oluna bilər?

Nazal polip əməliyyatlarında balon sinoplastikasının uğur faizi daha aşağıdır, polipler kütlə yoğunluğu əmələ gətirərək, tıxayıcı təsir göstərdiyinə görə mikrodebrider ilə aparılan əməliyyatlar daha uğurlu nəticələr verir.

Balon sinoplastikası kimlərdə aparılır?

Xroniki sinusit diaqnozu qoyulan və təcrid olunmuş sinusitli hallarda ən sıx üstünlük verdiyimiz üsuldur. Kataterin ucuna yerləşdirilen balon tıxanmış sinusun ağzında açılaraq, o bölgənin genişlədilməsini təmin edir və hər hansı bir kəsik olmadan, qanama olmadan prosedur başa çatdırılır.

Balon sinoplastikasının üstünlükləri:

  • Toxumalar zərər görmədiyi üçün həddən artıq qnama və ağrı olmur.
  • Fəsadlaşma ehtimalı olduqca aşağıdır.
  • Əməliyyatın geri dönüşü uğurludur. Kanalların təkrar bağlanması çox sıx rast gəlinən bir vəziyyət deyil.
  • Gündəlik həyata geri qayıtma müddəti sürətlidir (1 gün)