Endoskopik konxa reduksiyası (Mikrodebrider ilə konxa kiçildilməsi) necə aparılır?
Endoskopik konxa reduksiyası – Mikrodebrider ilə konxa kiçildilməsi əməliyyatı son illərdə xüsusilə həm sümük, həm də yumşaq toxuma böyüməsinə bərabər olan konxa hipertrofiyası zaman ütünlük verilən metoddur. Xüsusi olaraq dizayn edilmiş, içində kəskin və kiçik bıçaq olan alətlə aparılıq, bu prosedur zamanı kameradan istifadə olunur və prosedur təxminın 15 dəqiqə davam edir.
Endoskopik konxa reduksiyası ümumi anesteziya ilə aparılır?
Bu prosedur ümumi anesteziya altında aparılır.
Endoskopik konxa reduksiyasından sonrası tampon istifadə olunur?
Tampon istifadə olunmur, xüsusi olaraq istehsal edilmiş silikon splintdən istifadə edirəm.
Əməliyyatdan sonra şişkinlik və göyərmə olur?
Bu prosedurdan sonra burunda şişkinlik, göyərmə və şəkil dəyişikliyi olmur.
Əməliyyatdan sonra nəfəsalma nə vaxt düzəlir?
Bu prosedurdan sonra tampondan istifadə etmirəm, xüsusi olaraq istehsal edilmiş silikon splintdən istifadə edirəm və bu 2 gün burunda qalır, daha sonra burun tamamilə açılır.
Əməliyyatdan nə qədər sonra gündəlik həyata və işə qayıtmaq olar?
Bu prosedurlardan 2 gün sonra normal həyata davam edilir. İşə başlamaq olar.
Əməliyyatdan sonra burun spreylərindən istifadə olunur?
Xüsusilə xəstələrimə burun içi təmizliyi təmin etmək məqsədilə steril olaraq istehsal olunmuş spreylərdən verirəm və bu həm tez sağalmanı, həm də burun içi təmizliyini təmin edir.