Burun ətinin müalicəsi

Burun ətinin müalicəsi

Burun ətinin böyümesi nəticəsində yaranan problemlər səbəbindən aparılan burun əti müalicəsi haqqında məlumatlı olmaq üçün ilk öncə burun əti haqqında məlumatımız olmalıdır.

Burun ətinin böyüməsi nəticəsində yaranan problemlər səbəbindən aparılan burun ətinin müalicəsi haqqında məlumatlı olmaq üçün ilk öncə burun əti haqqında məlumatımız olmalıdır.

Burun əti nədir?

Xalq arasında daha çox adenoid kimi tanınan burun əti – burunla boğaz arasında yerləşən, üzüm salxımına bənzəyən limfa toxuması kütləsidir. Adenoid badamcıqlarla oxşar bir vəzifəyə sahibdir, lakin badamcıqlar kimi gözlə görünən toxuma deyil.

Burun əti burun yolu ilə bədənimizə daxil ola bilən virus və ya bakteriya kimi mikrobları tutmaq və bu yolla bədəni xəstəliklərə qarşı qorumaq funksiyasına malikdir. Tənəffüs yolu ilə bədənimizdə yarana bilən xəstəliklərin qarşısını almaq məqsədilə burun ilə boğaz arasında yerləşir. Adenoid badamcıqlar ve dil kökü badamcıq toxuması ilə bir olan qoruyucu limfa halqasının bir hissəsidir.

Adenoid sahib olduğu çıxıntılı-girintili strukturu səbəbindən mikrobları tutduqdan sonra onların toxumasının içində olmasına səbəb olur. Bu kontekstdə adenoid narahatlıq verən ölçüdə böyüməsə və tıxayıcı bir təsir yaratmasa da, işindəki mikroblar səbəbindən infeksiya ocağına cevrilir. Bu halda adenoid qulaq, burun və sinuslarda davamlı təkrarlanan və tam olaraq sağalması təmin olunmayan iltihablaşmalara səbəb ola bilər. Adenoidin tıxaya biləcək ölçüdə böyüməsi və ya infeksiya ocağına çevrilməsi təkrarlanan sinusitlərə, eşitmə itkisinə səbəb ola bilən amilləri yaradan orta qulaq infeksialarına, təbil pərdəsi çökmələrinə və orta qulaqda mayenin toplanmasına gətirib çıxara bilər.

Burun əti həm heç bir səbəb olmadan, həm də allergik vəziyyətlər nəticəsində yarana bilər. Burun ətinin allergik təsirlə qarşılaşması nəticəsində içindəki qan axımının artması səbəbindən böyüməyə gətirib çıxara bilər. Bununla yanaşı burun iltihabları nəticəsində və ya yaşla əlaqədar burun ətlərində böyümə yarana bilər.

Adenoid anadangəlmə bədənimizdə mövcud olur və badamcıqlarla birgə 8 yaşına qədər böyüyür. Bu səbəbdən adenoidin böyüməsi ilə bağlı şikayətlər ən çox 1 və ya 2 yaşlarında meydana çıxır.

Vəzifələri nədir?

Burun funksiyaları olaraq məlum olan və yuxarıda da qeyd olunan vəzifələrin bir qismi burun ətinin vəzifələridir. Bu baxımdan burun ətləri, burun içində normal olaraq həyata keçirilən selikli ifrazat vasitəsi ilə tənəffüslə alınan havanı toz, mikrob və bakteriya kimi elementlərdən təmizləyir və ağciyərlərə göndərir. Beləliklə, hava burun əti ilə təmasa girən kimi ağciyərlərin hava kisəcikləri açılır və səy göstərmədən təmiz hava alır. Burun dəliklərindən birinin sıra ilə 2-3 saatdan bir açılıb bağlanması ilə ağciyərlərin işləməsi tənzimlənir.

Nə üçün böyüyür?

Burun əti sağ və sol burun boşluqlarında üç ədəd olmaqla ümumilikdə altı ədəd təşkil edir. Bu altı ədəd burun ətinin içərisində ən çox çalışan burun eti – burunda ən alt bölgədə yerləşən və alt konxa adını alan orqandır. Tənəffüs yolu ilə alınan havayı ilk qarşılayan alt burun ətləri havanın isti, soyuq və ya çirkli olmasına görə böyüyüb kiçilə bilər. Bu baxımdan burun ətlərində böyümənin meydana gəlməsinin səbəblərini aşağıdakı şəkildə sıralaya bilərik:

  • Havadakı daimi çirklilik və nəmlik tənəffüs yolu ilə alınan havanın bədən sisteminə uyğunlaşmasını təmin etmək tələb olunur. Davam edən bu vəziyyət nəticəsində burun ətində böyümə baş verə bilər.
  • Allergiya – allergiyası olan şəxslərdə allergiyaya malik ünsurların (göbələk, kif, toz, tozcuq və s.) mühitdə olması nəticəsində burun ətlərində ən çox şişmə aşağı burun ətlərində meydana gəlir. Həssaslığı yaradan ünsurların uzun müddət təsiri nəticəsində insanda burun ətlərində böyümə meydana gəlir.
  • Siqaretin çəkilməsi alınan havanı daha çox çirkləndirərək havanın təmizlənməsi üçün nəzərdə tutulan burun əti funksiyaların mənfi təsir göstərir. Burun əti davamlı və birbaşa çirkləndirilən havanın təmizlənməsi üçün daim səy göstərərək, zamanla böyüyür.
  • Xroniki və ya davamlı sinusit burun funksiyalarında uzun müddətli pozuntulara səbəb olaraq, burun ətinin böyüməsinə gətirib çıxarır. Eyni şəkildə burun ətində meydana gələn böyümələrin davamlı olaraq tənəffüs funksiyalarına mənfi təsir göstərməsi nəticəsində sinusitlərdə də xronikləşmə müşahidə oluna bilər, sinusit müddətləri uzaba bilər.
  • Burun iltihabları nəticəsində tənəffüsə mənfi təsir olunur və burun ətlərində böyümə meydana gələ bilər.
  • Burun sümüyündə olan əyrilik tənəffüs funksiyalarının keyfiyyətinə mənfi təsir göstərir və burun ətinə davamlı mənfi təsirlər nəticəsində şişkinlik və sonrakı dövrlərdə isə böyümə meydana gəlir.

Burun ətlərində böyüme ən çox siqaret çəkən insanlarda və alergik həssaslığı olan şəxslərdə ortaya çıxır.

Burun sümüyündə qırıq və ya əyrilik olan şəxslərdə burun dəliklərindən biri davamlı olaraq tıxalı olduğuna görə burun eti böyüməsi meydana yarana bilər. Normal bir burun strukturu və funksiyasında burun dəlikləri sıra ilə və nizamlı olaraq açılıb ağlanaraq ağciyəri tənəffüs ilə təmin edir. Açıq olan burun dəliyi tərəfındə olan ağciyər daha çox hava çəkib açılarak işləyir, digər burun dəliyi dincəlməyə başlayır. Lakin burun sümüyündə əyrilik və ya qırılma olduqda burun dəliklərindən biri davamlı olaraq tıxalı olur və buna görə də davamlı işləyən ətlərdə şişmə meydana gəlir. Bir müddət sonra burun ətlərindəki şişmə böyüməyə çevrilir və hər iki burun dəliyinde də tıxanma ortaya çıxır.

Əlamətləri nədir?
  • Burun ətində böyümə yarandıqda tənəffüs getdikcə çətinləşir və bu vəziyyət tənəffüs yollarında meydana gələn sağlamlıq problemləri ilə yanaşı yuxu apnoesi, yetərli dərin yuxunun olmaması ilə bağlı ortaya çıxan konsentrasiyablb azalması kimi bir çox problemi də yaradır.
  • Burun ətlərində böyümə təxminən 2 yaşlarında başlayır. Erkən dövrdə müşahidə edilə bilən burun əti böyüməsi müalicə edilmədiyi zaman yetkin yaşlarında da müxtəlif sağlamlıq problemlərinin mənyinə çevrilə bilər. Bu nöqteyi – nəzərdən burun ətinin yuxarıda qeyd etdiyimiz səbəbləri ilə birgə özünü biruzə verən böyümə əlamətlərini aşağıdakı şəkildə sıralaya bilərik:
  • Burun ətində böyümənin meydana gəlməsinin ən aydın əlaməti – burun tıxanıqlığının yaranmasıdır.
  • Burunda meydana gələn tıxanma səbəbindən ağızdan nəfəs alınır. Bu səbəblə üst tənəffüs yollarında və ağızda quruma meydana gəlir. Bu əlamətlər ən çox yuxuda aydın olur.
  • Burunda yaranan tıxanma səbəbindən sağlam və yetərli tənəffüsün olmadığı bədən dinlcəlmir və yorğun qalır. Burun ətində böyüməyə səbəb olan vəziyyətləri və burun əti böyüməsinin əlamətlərini ətraflı şəkildə müayinə etmək, burun ətlərinin səbəb olacağı sağlamlıq problemlərinin qarşısının alınması baxımından çox vacibdir.

Necə müayinə aparılır?

Burun ətinin tıxayıcı ölçülərə qədər böyüyüb-böyüməməsini endoskopik müayinə yoluyla müəyyən etmək olar. Burun içinə yerleşdirilən incə bir endoskop ilə müayinə etməklə, adenoidin ölçüləri, burunun arxasındakı açıqlığı nə qədər tıxadığı müəyyən olunur. Burun ətinin böyüklüyü rentgen müayinəsi ilə də təyin olunur.

Burun ətinin müalicəsində hansı metdolardan istifadə olunur?

Burun ətinin müalicəsi günümüzdə burun içərisindən tətbiq olunan endoskopik cərrahi metodlarla həyata keçirilir. Bu metoddan sonra sağalma müddəti çox qısa və rahat şəkildə keçir. Burun əti probleminin səbəb olduğu şikayətlər əməliyyatdan sonra aradan qalxır.

Dərmanla aparılır?

Kortizonlu burun spreylərinin istifadəsi ilə adenoiddə ən çox 10 % kiçilmə təmin oluna bilər. Bu kiçilmə faizi az da olsa bəzi xəstələr üçün tıxanmanın azalmasını təmin edə bilir. Lakin burun spreylərinin istifadəsi davamlılıq tələb edir, çünki spreyin istifadəsinin dayandırılması halında adenoid böyüməyə davam edir.

Duzlu su vasitəsilə burun içinin təmizlənməsi bəzi xəstələrdə burun tıxanmasını azalda bilər. Lakin dərman yolu ilə adenoidin böyüməsi nəticəsində baş verən bütün problemlərin qəti bir müalicəsindən söz gedə bilməz.

Burun ətinin müalicəsində nə zaman əməliyyat düşünməliyəm?

Burun ətinin müalicəsində əməliyyat ilə müalicə metodunu aşağıdakı hallarda düşünmək lazımdır:

  • Nəfəsalmada çətinlik
  • Ağzı açıq yatma və xoruldama, yuxu apnoesi
  • Ağız qoxusu