Təbil pərdəsinin bərpası əməliyyatı
Təbil pərdəsinin bərpası əməliyyatı – Təbil pərdəsi təxminən 0,9 x 0,8 sm ölçülərdə olan və xarici qulaqla orta qulağı bir birindən ayıran, həm orta qulaq boşluğunu xarici mühitdən qoruyan, həm də eşitməyimizə köməklik edən strukturdur. Xüsusilə, uşaq yaşlarında keçirilən qulaq infeksiyalarından sonra pərdədə yaranan nazikləşmə və çökmələr təbil pərdəsinə vurulan xarici zərbələr və ya barotravmalardan sonra pərdədə dəliklər yarana bilər. Travmadan sonra yaranan yırtılma zamanı şiddətli ağrı, qanama, eşitmədə azalma müşahidə oluna bilər. Keçirilən infeksiyalarla bağlı yırtılmalarda isə simptomlar – eşitmənin azalması, vaxtaşırı axıntı və qulaqda küydür.
Təbil pərdəsi yırtılmarında əməliyyatdan əvvəl təbil pərdəsində axıntının olmaması uğurun ən vacib meyarlarından biridir. Quru, axıntısı olmayan və eşitmə testləri nəticəsində ötürmə tipi itkisi olan hallar təbil pərdəsinin bərpası üçün namizəd xəstə qrupunu formalaşdırır. Bəzi xəstələrdə ötürmə növü artıq olduğu zaman orta qulaqda sümük sistemində qopuq, kalsifikasiya və ya ərime ola bilir. Bunun diaqnozu yalnız əməliyyat əsnasında mikroskopla görülerek dəqiqləşdirilə bilir. Pərdənin bərpası aparıldığında eyni zaman qulaqdakı sümüklərdə də müdaxilə aparıla bilər.
Təbil pərdəsinin yırtılması nədir?
Bir çox səbəblərə görə deşilə, yırtıla bilər. Ən başlıca səbəblərdən biri infeksiyalar, axıntılardır. Yırtıq (dəlik) vaxtında bərpa edilmədiyi halda yüngül dərəcədən eşitmənin itirilməsindən ağır dərəcəyədək eşitmənin itirilməsi yarana bilər. Bu vəziyyət təbil pərdəsinin bərpası əməliyyatına zərurət yaradır. İnkişaf edən texnologiyalar bu yırtıqların bərpası üçün daha rahat şəkildə əməliyyat aparmağa imkan yaradır.
Uşaq yaşlarında fərq edilməyən qulaq axıntıları nəticəsində onların tərkibində olan maddələr bir müddət sonra təbil pərdəsinin zədələnməsinə və ya yırtılmasına səbəb ola bilər. Bu perforasiyalar kiçik o lduğu zaman bəzən heç aşkar edilmədən özbaşına bərpa olunur. Lakin özbaşına bərpa olunmayan xəstələrdə bu vəziyyət düzgün şəkildə izləmədiyi halda çox ciddi eşitmə itkisinə səbəb ola bilər. Xüsusilə, balaca uşaqlarda cisim ilə təbil pərdəsinin yırtılması baş verə biləcəyinə görə ətraflı bir müayinə ilə bərabər perforasiya səbəbi də tədqiq olunmalıdır.
Ətraflı müayinələrdə eşitmə itkisinin dərəcəsinin də təyin olunması çox vacibdir. Bəzi xəstələrdə 20 – 30 % itki qeyd olunur. Bu kiçiçk dərəcəli itkilər xəstələrə rahatsızlıq versə də, böyük itkilərdə olduğu kimi təcili müdaxilə tələb etmir. Bu səbəbdən həkim tərəfindən bir çox amil dəyərləndirilərək, ərtraflı müayinə aparılmalıdır.
Təbil pərdəsi necə qorunur?
Xüsusilə burun tutulması, sinusit və burun axıntısı kimi şikayətləri olan insanların təyyarə ilə səyahətləri və suyun altına dalmaqdan çəkinməlidir. Təbil pərdəsi yırtığı olan şəxslərin təbil pərdəsini qorumaq üçün daha diqqətli olmaları tələb olunur. İlk növbədə qulağa qətiyyən su düşməməlidir. Bunun üçün aptekdən alınan qulaq tıxaclarından istifadə edilə bilər. Qulaq pambıqları və qulaq təmizləmə çubuqları istifadə olunmamalıdır. Təzyiqin vura biləcəyi zərərdən qorunmaq üçün burun sərt şəkildə təizlənməməlidir.
Təbil pərdəsi yırtığının bərpası təbil pərdəsi əməliyyatı ile mümkündür. Təbil pərdəsi əməliyyatı əsnasında yeni təbil pərdəsi insanın öz bədənində olan qulağın arxa tərəfindəki əzələnin üzərindən götürülərək formalaşdırılır. Başqa bir sözlə, təbil pərdəsi bərpasında süni pərdədən istifadə etmək olmaz. Xarici qulaq yolunun önündə yerləşən qığırdaq ilə pərdənin kombinə şəkildə istifadə olunduğu metod isə həm iz buraxmamaqda, həm tutma şansı və davamlılığı baxımından ən çox üstünlük verilən metodlardan biridir.
Təbil pərdəsi nə üçün deşilir?
- Orta qulaq infeksiyası
- Barotravma dediyimiz orta qulaqdaki hava təzyiqi ilə mühitdəki hava təzyiqinin tarazlığının pozulması (təyyarə ilə səyahət, suyun altına dalma və s. misallar göstərilə bilər.
- Yüksək səs
- Qulağa yad cismin girməsi
- Şiddətli baş travması
Təbil pərdəsinin deşildiyini necə anlamaq olar?
Qulaq ağrısı, qulaqdan axıntının gəlməsi, eşitmə itkisi, baş gicəllənməsi və yüksək temperatur təbil pərdəsi deşilməsinin, perforasiyasının əsas əlamətlərindədir.
Təbil pərdəsinin perforasiyası QBB həkimi tərəfindən otoskop adlandırılan alət ilə qulağa baxılması nəticəsində təsbit edilir. QBB həkimi otoskop ilə perforasiyanın ölçülərini və yerni görə bilər.
Təbil pərdəsinin bərpası əməliyyatı necə aparılır?
Təbil pərdəsinin bərpası yırtığın ölçüləri və səbəbindən asılı olaraq dəyişir. Təbil pərdəsinin perforasiyası kiçik olduğu zaman dəlik özbaşına bərpa olunaraq bağlana bilər. Bu vəziyyətdə hər hansı bir müalicənin aparılması tələb olunmur.
Təbil pərdəsi perforasiyasının özbaşına bağlanmasının baş bermədiyi hallarda isə təbil pərdəsi əməliyyatına müraciət olunur. Bu əməliyyatlarda süni təbil pərdəsi istifadə olunmur, insanın öz bədənində olan və qulağın arxa tərəfindəki əzələnin üzərindən pərdə alınaraq və ya xarici qulaq keçəcəyinin önündə yerləşən qığırdaq toxumasından pərdə formalaşdıraraq yamaq edilir. Mənim ən çox üstün verdiyim metod izin buraxılmaması, tutma şansının ən yüksək olması və davamlı olması səbəbindən xarici qulaq keçəcəyi önündə yerləşən qığırdaq ilə pərdənin kombinə şəkildə istifadə olunduğu üsuldur.
Təbil pərdəsi əməliyyatında tikiş olur?
Təbil pərdəsinə müdaxilə etdiyimiz pərdənin bərpası əməliyyatlarında qulağın arxasından kəsik aparılaraq bərpa oluna bildiyi kimi, heç kəsmədən də yalnız xarici qulaq keçəcəyindəki dəlikdən girərək aparıla bilər. Mən də bu əməliyyatların hamısında qulaq içindən əməliyyatı həyata keçirirəm, qulağın arxasında kəsik və tikiş olmur və xəstə daha tez gendəlik həyatına qayıda bilir.
Neçə vaxtdan sonra duş qəbul etmək olar?
Bu əməliyyat icra olunduqdan 3 gün sonra qulaq su keçirməyən xüsusi jelatin ilə bağlanaraq, duş qəbul etmək, çimmək olar.
Neçə vaxtdan sonra eşidə bilərəm?
Əməliyyatdan sonra qulağın içində əriyə bilən süngərlər olduğu üçün tıxalı olacaq və bu süngərlərin əriməsi 20 gün ərzində baş vverə bilər. Əməliyyatdan 20 gün sonra eşitmə yaxşılaşır, bunu dərk etmə müddəti ümumilikdə 2 aydır..
Əməliyyat neçə yaşında aparılır?
İnsanın arzusu istəyinə bağlı vəziyyətlərdə, yəni eşitmə itkisi aşağı səviyyədə olduğu zaman xəstə üçün 12 yaşlarında aparıla bilər. Lakin daha yüksək dərəcədə eşitmə itkisi olduğu zaman yaş qrupuna baxılmır, ilk dəfə aşkar olunduğu anda bu əməliyyatın icra olunması eşitmə itkisi daha da inkişaf etmədən müdaxilə edilməsinə imkan yaradacaq. Yeni texnika ilə yaşlı insanlarda da bu əməliyyatlarda sağlam bir eşitmə səviyyəsi əld oluna bilir.
Əməliyyat prosesi
Təbil pərdəsinin bərpası əməliyyatı bir çox amillərlə birgə qərar verilərək və hər bir mərhələsi ilə müşahidə olunaraq aparılmalı olan bir prosedurdur. Mikrocərrahi üsullarla aparıldığına görə xaricdən yalnız kiçik bir kəsik görüəməsinə imkan verir. Qulaq seyvanından və ya arxasından kəsiklər açılaraq əməliyyatlara başlamaq olar. Bu, qulağın strukturuna və eşitmə itkisinin dərəcəsinə, pərdədəki deformasiyalara görə dəyişir. Qığırdaq üsulu ilə aparılan timpanoplastika əməliyyatlarında bu nahiyyələrdən götürülən qığırdaqların düzgün kəsik üsulları ilə yerləşdirərək uyğun vəziyyətə gətirilməsi ilə aparılır.
Qulağın bu qığırdağı pərdə kimi qəbul etməsi üçün düzgün kəsim şəklinin tapılması çox vacibdir. Daha sonra isə ən vacib mərhələlərdən biri – yerləşdirmədir. Yerləşdirmə düzgün şəkildə aparıldıqda sonrakı mərhələlərdə də bir problem yaranmır. Çox cüzi hərəkətlərlə aparılan bir prosedur olduğu üçün mütləq səriştəli şəxslər tərəfindən aparılmalıdır. Əks təqdirdə qulaq strukturu təbil pərdəsi olaraq hazırlanan bu toxumanı qəbul etməyə bilər.
Əməliyyatdan sonrakı həyat
Təbil pərdəsi təmiri əməliyyatından sonra xəstələr rahat bir şəkildə 1 gün sonra həyatlarına davam edə bilir. Xəstəxanadan evə yazılma prosesi fəsadların olub – olmamasına görə müxtəlif olur, dəyişir. Bu səbəbdən çox yaxşı həkim nəzarəti vacibdir. Xüsusi damlalar və bəzi təmizlik vasitələri ilə o nahiyyənin təmiz saxlanılması böyük əhəmiyyət kəsb edir. Nəmli saxlanılmaması – sürətli sağalma prosesinin əsas amilidir. Bu səbəbdən mütləq sudan uzaq tutmaq lazımdır. Əməliyyat yalnız təbil pərdəsi ətrafında aparıldıqda, sağalma prosesi daha çox sürətli keçir. Lakin başqa yerlərə də müdaxilə edildikdə, proses daha da uzana bilər. İlk vaxtlarda qrip infeksiyalarından çəkinmək sağaılma prosesinə kömək edir.