Qulaqlarımız bədənimizin ən vacib duyğu orqanlarından biri olmaqla yanaşı bədən üçün estetik baxımından böyük əhəmiyyət kəsb edir. Əgər qulaqlarda insanı narahat edən bir deformasiya mövcuddursa, bu, estetik baxımdan insanlarda bədbəxtlik hissinə səbəb olacaq. Qulaqlarda müşahidə olunan ən nəzərə çarpan xoşagəlməz forma xalq arasında şəlpə qulaq olaraq tanınan estetik problemdir. Müşahidə olunan Şəlpə qulaq (qulaq dikliyi) problemi uşaqlıq və yetişkinlik dövründən asılı olmayaraq hər yaşda böyük bir problemə çevrilə bilər və narahatlığa səbəb ola bilər.
Şəlpə qulaq (qulaq dikliyi) – qulağın şəlpə şəklindəki çıxıntılı nahiyyəsində olan və Y şəklini xatırladan qığırdaq qıvrımının yetrli səviyyədə inkişaf etməməsindən irəli gələn problemdir. Qığırdaq toxuması yetərli dərəcədə inkişaf etmədiyi üçün onunla kəllə arasında yaranmalı olan bucaq genişlənir və qulaq çıxıntısı ön tərəfə əyilməyə başlayır. Bunun nəticəsində də qulaqlar daha geniş bucaqla daha aydın görünür. Normal şərtlərdə bir qulaq 6,5 sm uzunluqda və 3,5 sm enində olur.
Qulaq ilə kəllə arasında olan bucaq isə normal şərtlərdə 30 dərəcəlik bir bucaqdır. Verilən bu dəyərlərlə müqayisə edildikdə daha böyük bucaqların meydana çıxması şəlpə qulaq problemi ilə üzləşdiyini göstərir. Bu vəziyyət ölçülərlə təsdiq edilməsə də, kənardan baxıldıqda özünü asanlıqla biruzə verə biləcək növdədir. Verilən və normal sayılan bu ölçülər insnlarda yaş artdıqca dəyişir. Cazibə qüvvəsinin təsiri ilə qulaq sırğalığının aşağıya doğru çəkilməsi nəticəsində yaş artdıqca qulaq ölçülərində dəyişiklik meydana çıxır. Şəlpə qulaqların yaranmasında genetik meyl də mühümdür. Bununla yanaşı anadangəlmə səbəblər və ya daha sonra meydana çıxan müxtəlif səbəblərdən yarandığı müşahidə edilir.
Şəlpə qulağına səbəb olan amillər hansılardır?
• Şəlpə qulaqların yaranmasında ən böyük təsir – qulaq qığırdaq strukturudur. Aparılan müayinələrdə aydın görünən təsir – antiheliks adlanan qulaq çıxıntı qıvrımının yetərsizliyidir. Bu nahiyyədə yaranan deformasiyanın daha çox kəllə strukturunun düzləşməsinə, qulaq üst çıxıntısının qeyri-mütənasib formalaşmasına və qulaq arxasındakı qulaq və kəllə nahiyyəsini bağlayan aralıq toxumanın genişlənməsinə səbəb olduğu müəyyən olunur.
• bəzi hallarda isə qarşı qıvrımı çox yaxşı inkişaf etsə də, qulaq seyvanı adlandırılan qulağın açıq hissəsi həddən artıq genişləndiyi üçün yenə şəlpə qulaq problemi ortaya çıxır. Qulaqlarda mövcud olan qığırdaq elastikliyi səviyyəsi insanın anasından aldığı estrogen səviyyəsindən asılı olaraq dəyişə bilər. Bu halda səbəb olan amillərdəki genetik meyl meydana çıxır.
Yuxarıda ifadə edilən səbəblərdən biri və ya hər ikisi birden mövcud olaraq şəlpə qulağın formalaşmasına gətirib çıxara bilər. İki səbəbin də mövcud olduğu hallarda təsirli bir müdaxilə nəticəsində prolemin həll olunması mümkündür. Bu mərhələdə şəlpə qulaq formalaşmasına səbəb olan əsas amilin düzgün şəkildə təsbit edilməsi mühümdür.
Şəlpə qulağın insanlara təsiri nədir?
İstər böyüklərdə, istərsə də uşaqlarda şəlpə qulaq problemi insanların psixologiyasına mənfi təsir göstərən bir problemdir. Xüsusilə də uşaqların məktəb dövründə yoldaşları arasında lağa qoyması onun həyatı boyunca daşıyacağı bir yülkünün olması mənasına gəlir. Uşaqlıqdan başlayan bu psixoloji təzyiq yeniyetmə və yetişkinlik dövründə də eyni şəkildə davam edir. İnsanlar cəmiyyətə daxil olduqda hər kəsin gözünün qulaqlarında olduğu hissi ilə rahat hərəkət etməzlərsə, özlərinə qapanacaqlar. Şəlpə qulaq problemi qadınlarla müqayisədə kişilərdə daha çox narahatlıq yaradır. Bunun səbəbi isə qadınların saç vasitəsilə qulaqlarını gizlədə bilmək imkanıdır. Kişilərdə bu ehtimal zəif olduğu üçün şəlpə qulaq problemi daha qabarıq şəkildə hiss olunur. İnsanlara mənfi təsir göstərən bunun kimi problemlərin müalicəsi və sosial həyata təsirin qarşısının alınmasının təmin olunması vacibdir.
Şəlpə qulaq müalicə olunurmu?
Şəlpə qulaq müalicəsi mümkün olan bir estetik problemdir. Təəssüf ki, bu və bənzər pozğunluqlarda cərrahi müdaxilədən başqa təsirli metod çox azdır. Qeyri-cərrahi kmi ifadə olunan əməliyyatsız üsullara nəzər saldıqda, yeni doğulmuş körpələrdə ilk bir neçə gün ərzində aparılan müdaxilələrin təsirli olduğu müəyyən olunub. Bu müdaxilələr qulaq şəklinin bayıra həddən artıq açılmamasını təmin edən tədbirlərin alınmasını əhatə edir. Əgər körpələrdə doğulduqdan sonra ilk bir neçə gün ərzində aurikular mold tətbiqi başladılsa və başlanan bu tətbiq altı ay ərzində davam etdirilsə, çox uğurlu nəticələrin əldə edildiyi müəyyən olunur. Əgər olduqca əhəmiyyətli olan bu dövrədək müalicə gecikdirilsə, yaranan nəticənin düzəldilməsi üçün mütləq cərrahi müdaxilə tələb olunacaqdır. Eyni zamanda bu gün kəsiksiz qulaq əməliyyatı ilə de şəlpə qulaq problemini müalicə etmək olar.
Şəlpə qulaq müalicəsində məqsəd nədir?
• Şəlpə qulaq probleminin müalicə edilməsi zaman nəzərdə tutulan ilk hədəf qulağın üst hissəsinin önə doğru çıxmış və sallanan hissəsinin aradan qaldırılması olacaq.
• Bir başqa məqsəd isə heliks hissəsinin düz olmasını və düzgün sərhədlərə sahib olmasını təmin etməkdən ibarətdir.
• İnsana öndən baxıldıqda hər iki qulaq içinde heliks hissələrinin (qıvrımın) antiheliks hissəsi (əks qıvrım) yanında görünə bilməsi təmin edilməlidir.
• Müalicə əsnasında qulaq arxasında yerləşən sulkusun (şırımın) strukturu pozulmadan daha az olmasının təmin edilməsidir.
• Xüsusilə də kişilərdə qulaqların kəlləyə çox yaxın yerlşməsinin təmin olunmasına çalışırlar.
• Qulaqların hər ikisində də mövqe və konturlar bir birinə yaxın görünməli, lakin tam olaraq simmetrik olmamalıdır.
• Müalicə başa çatdığı zaman insanların üz ifadəsinin estetik bir görünüşünün əldə olunması təmin edilməlidir.