Badamcıqların kiçildilməsi – Badamcıq problemləri və badamcıqların üzərində aparılan əməliyyat tez-tez rast gəlinən və ailələri narahat edən QBB xəstəliklərındən ən başlıcasıdır. Əslində vəziyyət düşünüldüyü qədər mürəkkəb deyildir. İlk öncə əməliyyat aparılmadan istifadə olunacaq müalicə və ya profilaktik tədbir yoxlanılır. Profilaktik tədbir və müalicələr kifayət etmədikdə, badamcıq problemləri davam etdikdə isə badamcıq əməliyyatına müraciət edilir. Bu, tibbi tələbatdır.
Badamcıqlarda nə üçün iltihab baş verir?
İltihabın badamcıqlarda baş verməsi tibbi ədəbiyyatda tonzillit adlanır. Adətən uşaqlarda rast gəlinən bu problem gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır, ümumi sağlamlıq vəziyyətinə mənfi təsir göstərir və inkişafdan qalmağa gətirib çıxarır. Buna görə də müalicəsi təxirə salınmamalıdır.
Badamcıqlar bir qayda olaraq insandan insana yoluxan mikroblar və yaxın təmas yolu ilə şişir. Belə olan halda badamcıqlar qızarır və üstündə ağ səpkilər olur. Sağlam insan soyuq qida qəbul etdikdə belə heç bir ağırlaşma olmadığı halda, xroniki badamcıq problemi olanlarda badamcıqlarda iltihab baş verməsi müşahidə edilir.
Badamcıq iltihabının (Tonzillit) müalicə üsulları
Badamcıq iltihabı problemi olan uşaqlar ətraflı diaqnoz prosesindən keçir. Xüsusilə beta virusu baxımından tədqiqat aparılmalıdır. Bu məqamda antibiotiklərdən lazımsız istifadədən çəkinmək lazımdır. Badamcıq iltihabı da bütün digər yuxarı tənəffüs yollarının infeksiyaları kimi yoluxucu xassəyə malikdir. Buna görə də məktəbə gedən uşaqlarda bu problemə daha tez-tez rast gəlinir.
Badamcıq iltihabının müalicəsində ilkin olaraq profilaktik xarakterdə tədbirlər görülməlidir. İzdiham olan məkanlarda olmamalı, immun sistemi güclü saxlanılmalıdır. Bununla yanaşı xüsusilə çox isti və çox soyuq olmayan sulu qidalardan bol istifadə tövsiyə edilir.
Badamcıqların iltihabında antibiotiklərdən istifadə
Badamcıqların iltihabı probleminde lazımsız yerə antibiotiklərdən istifadədən çəkinmək lazım olduğunu göstərmişdik. Həkiminiz tövsiyə etməyənə kimi antibiotikdən istifadə etmək olmaz.
Bəs antibiotikdən nə vaxt istifadə edilməlidir?
- Beta infeksiyasına məruz qaldıqda
- Revmatik qızdırma vardırsa,
- Diabet xəstəsi olan uşaqlarda
- Badamcıqların iltihabı ilə yanaşı burunətrafı ciblərin iltihabı və orta qulağın iltihabı da vardırsa, antibiotikdən istifadə edilməlidir.
Badamcıqların iltihabında nə vaxt xəstəxanaya yerləşdirmək lazımdır?
Badamcıqların iltihabı tez-tez rast gəlinən uşaq QBB xəstəliyidir. Lakin bəzi xəstələrdə bu problem daha ağır və dözülməz keçir. Belə olan hallarda xəstənin mütəmadi olaraq nəzarət altında saxlanması lazım gələ bilər. Badamcıqların iltihabı problemində xəstəxanaya yerləşdirməni tələb edən halların ardıcıllığı aşağıdakı kimidir;
- Udma aktında çətinlik varsa
- Qida qəbulu çətinləşirsə
- Sidiyə getmə faizi azalmışdırsa
- Ürəkbulanma və qusma halları vardırsa
- Qulaq iltihabı və burunətrafı ciblərin iltihabı halları artdısa
- Yaddaş zəifliyi vardırsa, xəstəxanada qalmaq lazım gələ bilər.
Nə vaxt aparılır?
Badamcıqların iltihabı lazımi səviyyədə müalicə edilmədikdə uşağın ümumi sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə və inkişafdan qalma baş verə bilər. Belə olan hallarda badamcıqlar kiçildilir.
- 1 il ərzində 5 dəfə badamcıqlarda iltihab prosesi baş vermişdirsə,
- Badamcıqlar böyüdüyünə görə xoruldamaq və yuxu apneası kimi problemlər də vardırsa,
- Müalicədə istifadə edilən dərmanların təsiri olmamışdrısa, badamcıqların kiçildilməsi haqqında fikilrləşmək lazımdır.
Hansı hallarda badamcıqlar kəsdirilməlidir?
- Uşaqda son iki ildə ardıcıl 5-6 dəfə və ya daha çox badamcıqda iltihab baş verərsə
- Badamcıqların ətrafında abses olduqda
- Uşağın xəstəlik tarixində oynağında hərarət və ürək revmatizminin qeyd edilməsi
- Uşaqda yuxu apneası (yuxuda tənəffüs 10 saniyədən uzun müddətə dayandıqda) olduqda
- Uşaqda badamcıq həddindən artıq böyüdükdə
- Badamcıqlarda şiş olduqda
Badamcıqların kiçildilməsi əməliyyatı necə aparılır?
Əməliyyat ümumi anesteziya ilə təxminən 20 dəqiqə davam edən əməliyyatdır. Əməliyyat ağız içərisində aparıldığı üçün tikiş qoyulmur. Badamcıqlar üzərində aparılan əməliyyat üçün son dövrlərdə ən çox üstünlük verilən üsul ”Thermal Welding”dir. Thermal Welding üsulunda qanaxma olmur və tikiş qoyulmur. Buna görə ağrı da çox azdır.
Əməliyyatdan sonra xəstəxanada qalma müddəti 5 saatdır. Səhər aparılan əməliyyatda xəstə günortadan sonra evə yazıla bilir. Gündəlik həyata qayıtma müddəti 1 gündür.
Badamcıqları kiçiltmə əməliyyatından sonrakı müddət
Əməliyyatdan sonra – ailələri ən çox maraqlandıran mövzulardan biri bədən müdafiəsinin aşağı düşüb düşməyəcəyidir. Badamcıqların götürülməsi bədənin müdafiəsini aşağı salmır. Bu funksiyanı boğazda və yuxarı tənəffüs yollarında olan limfoidlər yerinə yetirir.
Qidalanmağa əməliyyatdan iki saat sonra başlanılır. Əzmə, şorba, tərəvəz, meyvə əzməsi və sıyıq kimi yumşaq qatılıqda qidaların qəbul edilməsinə üstünlük verilməlidir.