Xoruldamanın insanın və ailəsinin yuxu keyfiyyətinə təsir edən problemdir. Bir qayda olaraq zarafata salınsa da xoruldamaq gündəlik həyatda zəifləmə ilə yanaşı məktəb və biznes həyatında səmərəliliyin aşağı düşməsinə səbəb olur. Adətən kişilərdə müşahidə olunur və bunun səbəbi kişilərdə piylənmənin yuxarı nahiyələrdə, qadınlarda ise aşağı nahiyələrdə əmələ gəlməsidir. Xoruldamaq problemi xüsusilə xəstənın özü deyil, yaxın ətrafı tərəfindən sezilir.
Yumşaq damaq toxuması ilə əlaqəli olan vibrasiyadan irəli gələn bu problem yumşaq damaq toxumasının yumşalması və mənfi təzyiq yaratmasının nəticəsidir. Xoruldamaq şikayətləri arasında gündəlik həyatda zəifləmə, yuxu saatlarından başqa mürgüləmək kimi hallardan da danışılır. Xoruldamaq problemi xəstəlik kimi qarşımıza çıxır və müalicə edilməyənə kimi bir sıra ciddi xəstəliklərə də səbəb olur.
Xoruldama niyə baş verir?
Xoruldama probleminə səbəb olan amilləri bu şəkildə sadalaya bilərik:
- İdeal çəkidən artıq çəkiyə malik olma;
- Spirtli içki qəbulu;
- Əzələ gərginliyini bərpa edən dərmanların qəbulu;
- Qeyri-düzgün yastıq seçimi;
- Yuxu pozisiyasının səhv təşkili;
- Allergik rinit və sinusit kimi yuxarı tənəffüs yolları xəstəlikləri;
- Anatomik quruluş, burun əyriliyi.
Xoruldama nə üçün müalicə edilməlidir?
Xoruldama insanın yuxu keyfiyyətini aşağı salır və səhərlər özünü yorğun hiss etməsinə səbəb olur. İnsan xoruldama və yuxu apneasından asılı olaraq, gün ərzində davamlı olaraq yuxu, unutqanlıq və diqqət problemləri yaşayacaqdır.
Xüsusilə ürək xəstəliklərinə səbəb ola bilə xoruldama yuxu apneası problemləri ilə birlikdə müşahidə edildikdə vücudun tələb etdiyi oksigeni qəbul edə bilməməsi ilə yanaşı, daxili orqanlarda zədələnməyə səbəb olur. Yuxu apneası yuxuda tənəffüsün dayanması deməkdir. Müalicə edilmədiyi təqdirdə ciddi sağlamlıq problemlərinə səbəb olmaqla yanaşı, hətta ölümlə belə nəticələnə bilər.
Xoruldamanı kimlər müalicə etdirməlidir?
Xoruldamanın müalicəsi hər yaş qrupuna tətbiq edilə bilər. Lakin əsasən 35 – 50 yaşdan yuxarı insanlarda və artıq çəkisi həddindən çox olan xəstələrdə bu müalicəyə müraciət edilir. Xoruldamanın müalicəsində yumuşaq damağı sərtləşdirən və kiçildən dərmanlardan, yəni tibbi müalicədən istifadə edilə bilər.
Xoruldama problemi qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinən problemdir.
Xoruldamanın Müalicəsində İstifadə Edilən Üsullar
Xoruldama probleminə bir çox amil səbəb ola bilər. Hər hansı bir xəstəliyin əlaməti ola bilən xoruldama səbəblərindən asılı olaraq müalicə edilə bilir. Bir sıra müalicə üsulu olan xoruldama problemi üçün vaxt itirmədən mütəxəssisə müraciət edilməlidir. Günümüzün texnoloji imkanlarının səhiyyə sahəsində də istifadə edilməsinin nəticəsidir ki, diaqnostika və müalicə üsullarında fərqlilik təmin edilmiş, istər həkim, istərsə də xəstələr üçün daha rahat diaqnostika / müalicə prosesi yaradılmışdır.
Xoruldamanın müalicəsində də hazırda texnoloji imkanlar daxilində daha çox peng və radio tezlik üsullarından istifadə edilir. Bu iki müalicə alternativindən hansının tətbiq ediləcəyi xəstənin seçimindən çox həkimin seçimindən asılıdır. Bu səbəblə təfərrüatlı müayinə və xəstəlik tarixçəsi qiymətləndirilərək ən düzgün müalicə üsulundan istifadə edilir.
Xoruldama problemi olan xəstələrdə ilk əvvəl yuxu apneasının da olub olmaması yoxlanılmalıdır. Bunun üçün xəstəyə yuxu testi edilir. Xəstədə yuxu apneası sindromu aşkar edilmədikdə xəstəyə yalnız xoruldama müalicəsi tətbiq edilir. Xoruldama QBB mütəxəssisləri tərəfindən tətbiq edilən bəzi cərrahi müdaxilələr və radiotezlik tətbiqləri ilə də müalicə edilə bilir.
Xoruldama üçün marketinq məqsədi ilə satılan bəzi vasitələr sadəcə müvəqqəti həll yoludur və uzun müddətli istifadələri praktiki deyil. Həqiqi müalicə üçün cərraha müraciət etmək lazımdır.