Sinusit Əməliyyatı xüsusilə xroniki sinusit probleminin müalicəsində müraciət edilən cərrahi üsuldur. Sinusit problemi sinuslerin müxtəlif səbəblərdən iltihablanması kimi tanınır. Qeyd olunan problem xəstədə burun tıxanması, burun və adenoid axıntısına, baş ağrısına, göz infeksiyalarına və bənzər problemlərə səbəb ola bilər. Qeyd olunan problemlər insanın məktəb və iş həyatına mənfi təsir göstərir.
Xroniki sinusit problemi şikayətlərin 3 aydan artıq davam etməsi vəziyyətidir. Bu halda xəstə ətraflı bir müayinədən keçir. Tomografiya kimi radyoloji görüntüləmə tətbiq olunur və əməliyyat planlamaşdırılır.
Sinusitin əlamətləri hansılardır?
Sinusit olduqda qarşımıza çıxan əsas əlamətlər:
- Üz və göz ətrafında meydana gələn ağrı, təzyiq və tıxanma hissi
- Qulaqda doluluk hissi və burunda tıxanma
- Normada şəffaf olmalı burun axıntılarının rəngli və ya bulanıq halda olması
- Adenoid axıntısının yaranması
- Öskürək və baş ağrısı
- Diş ağrısı
- Yorğunluk və temperatur şəklində biruzə verən əlamətlərdir.
Sinusitin növləri
Kəskin sinusit: kəskin sinusitlər, sinusit əlamətlərinin4 həftədən qısa bir müddət ərzində itən infeksiya vəziyyətləridir.
Xroniki sinusit: xroniki sinusit – toxumalarda şişkinliyin müahidə olunmadığı və əsasında infeksiyanın olduğu uzun müddətli və təkrarlanan sinusit əlamətləri olaraq rast gəlinir.
Sinusit əməliyyatı necə aparılır?
Sinusit əməliyyatı günümüzdə endoskopik metodlar ilə tətbiq olunur. Dəridə hər hansı bir kəsik aparmadan, burun dəlikləri vasitəsilə sinuslara çatmaq olur. Sinusit əməliyyatı təxminən 2 saat davam edir və ümumi anesteziya altında icra olunur. Sinusit əməliyyatının qiyməti əməliyyatın hansı üsul ilə aparılacağına görə fərqli olur.
Sinusit əməliyyatının riskleri
Sinusit əməliyyatı olduqca risk amili olan bir cərrahi prosesdir. Bu səbəbdən sahəsində təcrübəli olan həkimlər tərəfindən aparılmalıdır. Əks təqdirdə iybilmə qabiliyyətinin itirilməsi və ya müxtəlif iybilmə pozuntuları, göz problemləri, burun tıxanması və ya n daxili selikli qişanın pozulması kimi fəsadlar yarana bilər. Sinusit əməliyyatı sahəsində olduqca təcrübəli həkimlərin xidmət göstərdiyi və bu sahədə sağlamlıq turizmini formalaşdırmış bir metropolisdir.
Sinusit əməliyyatından sonrakı vəziyyət
Sinusit əməliyyatından sonra xəstənin burun və kəllə nahiyyəsini travmatik təsirlərdən qorunması tələb olunur. Eyni zamanda yüksək yastığa üstünlük verməklə, qrip, soyuqdəymə və üşütmə kimi xəstəliklərdən maksimal dərəcədə qorunması tələb olunur.
Sinusit əməliyyatından sonra həkimin tövsiyə etdiyi dərmanların fasiləsiz və reseptə uyğun bir şəkildə istifadəsinə diqqət yetirmək lazımdır. Eyni zamanda həkimin nəzarəti də saxlanılmalıdır.
Sinusit əməliyyatından sonra həyat sahəsi və iş sahəsindəki havanın təmiz olması ilə yanaşı hər hansı bir allergik təsiri olan mühitlərdən çəkinmək lazımdır. Eyni zamanda siqaret çəkmək və ya siqaret çəkilən mühitlərdə olmamaq da böyük əhəmiyyət kəsb edir. Əks təqdirdə sinusit probleminin təkrarlanma riski mövcuddur.
Əməliyyat ilə bağlı tez-tez verilən suallar
- Əməliyyat necə aparılır?
- Əməliyyat necə olur?
- Əməliyyat nə qədər çəkir?