Xidmətlər

LOR Əməliyyatları

Qulaq burun boğaz şöbəsində – bütün LOR xəstəlikləri üçün ümumi müayinə, diaqnostika və müalicələr aparılır. Müayinələr müasir apatların köməkliyi ilə peşəkar mütəxəssislər tərəfindən dəqiq şəkildə aparılır. Klinikamızda xarici, orta və daxili qulaq xəstəlikləri, boğaz, boğaz badamcıqları və burun xəstəlikləri (poliplər, darlıqlar kimi) tüpürcək vəzi xəstəlikləri və s. xəstəliklərinin müalicəsi icra edilir. Müalicə müayinə və diaqnostika klinikamızın baş həkimi, Türkiyədə ixtisaslaşmış Op. Dr. Jalə Eyvazova tərəfindən peşəkarlıqla həyata keçirilir. Jalə Eyvazova klinikamızın aparıcı mütəxəssilərindəndir. O, 2017-ci ildə Ankara Başkent Universitetinin qulaq burun boğaz bölümündə təkmilləşmə, 2018-ci ildə isə İstanbul Universiteti Cərrahpaşa tibb fakultəsinin qulaq burun boğaz bölümündə təkmilləşmə kursu keçmişdir.

Klinikamızda eyni zamanda yerli və ya ümümi anesteziya tətbiq etməklə Qulaq burun boğaz cərrahiyyəsinə aid olan əməliyyatlar peşəkarlıqla ağrısız bir şəkildə icra edilir. Xəstəxanamızın Qulaq burun boğaz şöbəsində uşaqlarda və böyüklərdə klassik poliklinik müayinə, endovizyon sisteminin köməyi ilə tam endoskopik müayinə, mikroskopik qulaq müayinəsi, ehtiyac olan xəstələrdə əlavə laboratoriya analizləri, radyolojik müayinələr, audiometriya, timpanometriya, ABR, yenidoğulmuş uşaqlarda eşitmə skrining müayinələri (BERA) tətbiq edilərək xəstələr dəyərləndirilir. Müayinənin nəticəsində lazımi medikal və ya cərrahi müalicə həyata keçirilir.

Burunətrafı ciblər

Keçirilən müalicə və əməliyyatların tam siyahısı aşağıdakı kimidir:

Əgər sizdə də daimi baş ağrıları, çənəaltı limfa düyünlərinin böyüməsi, boğaz ağrıları, qulaq ağrıları, eşitmənin, həmçinin iyibilmənin pozulması, burun tənəffüzünün çətinləşməsi, burun və ya qulaqdan ifrazatın axması kimi simptomlar varsa bu, LOR – orqanlarının patalogiyasından xəbər verir. Simptomları azaltmaq və ağırlaşmaların qarşınını almaq üçün gecikdirmədən Qulaq Burun Boğaz mütəxəsisi ilə məsləhətləşməyiniz tövsiyə olunur.

Şöbə həftənin 6 günü saat 09:00-dan 17:00 – a dək xidmətinizdədir.