
Xoruldamanın Müalicəsində xüsusilə Radiotezlik Metodu, ümumi anesteziya qəbulu çətin olan xəstələrdə, poliklinika şərtlərində edilə biləcək metod olması cəhətdən diqqət çəkir. Digər cərrahi əməliyyatlara nəzərən uğur nisbəti aşağı olmaqla yanaşı, xüsusilə dil kökü böyümələrində peng metodu ilə badamcıqların kəsilərək götürülməsi və lateral farenkopilas metodu ilə kombinasiya edildiyi təqdirdə effektivliyi həqiqətən də çox yüksək olan əməliyyatlardan biridir. Yumuşaq damaq üçün də seçilə bilər. Xüsusilə poliklinika şərtərində effektivliyi digər metodlar qədər olmamaqla yanaşı, dil kökünə görə çox yüksək səviyyədədir.
Xoruldamanın Müalicəsində Radiotezlik Metodu Necə Tətbiq Edilir?
Yalnız dil kökündə radiotezlik tətbiq edilən xəstələrdə yaxşılaşma prosesi sürətli olur. Əməliyyatdan bir gün sonra normal iş həyatına davam edə bilirlər. Çünki tikiş və ya hər hansı bir tampon tətbiq edilməməsi və ya xəstəxanada yatma tələb edilməməsi səbəbilə çox asanlıqla tətbiq edilə biləcək metoddur.
Xoruldamanın Müalicəsində Peng Metodu
Xoruldamanın Müalicəsində Peng Metodu – Xoruldama xüsusilə son illərdə cərrahi metodlardakı inkişaf sayəsində uğurla müalicə edilməkdədir. Xoruldama yumuşaq damağın əyilməsi və kiçik dilin böyüməsi səbəbi ilə ortaya çıxıbsa bu zaman ən effektiv üsullardan biri Peng metodudur. Bu cərrahi üsulda yumuşaq damaq yuxarı çəkilərək və ön arxa diametri artırılaraq ağız ilə udlaq arasındakı sahədə ciddi mənada hava keçməsi təmin edilir və xoruldama müalicə edilir. Mən bu metoddan istifadə edərkən yumuşaq damaq əzələlərinə toxunmayıram və kiçik dilə heç bir cərrahi müdaxilə etmirəm.
Xoruldamanın Müalicəsində Peng Metodu Necə Tətbiq Edilir?
Kiçik dil yumuşaq damağın yuxarı çəkilməsi ilə normal ölçüsünə gətirilir və minimal cərrahi müdaxilə ilə xəstə gündəlik normal həyatına qayıdır. Kiçik dilə cərrahi müdaxilə edilmədiyi üçün şişkinlik və boğazda tıxanma hissi olmur. Xəstəmi əməliyyatdan sonra 1 gün xəstəxanada qonaq edirəm, 3 gün maye və püre tipli qidalar qəbul edir, 3-cü gündən sonra yüngül qatı qidalar və 7-ci gündən sonra qatı qidalara keçərək sağalma tamamlanır. Xəstələrim bu əməliyyatdan sonra 4-cü gün iş həyatına davam edə bilirlər.
Xoruldamanın müalicəsi
Xoruldamaq insanın və ailəsinin yuxu keyfiyyətinə təsir edən problemdir. Bir qayda olaraq zarafata salınsa da xoruldamaq gündəlik həyatda zəifləmə ilə yanaşı məktəb və biznes həyatında səmərəliliyin aşağı düşməsinə səbəb olur.