Otorinolarinqoloq LOR həkimi

Dr. Jalə Eyvazova Dr. Jalə Eyvazova

Qulaq, burun, boğaz xəstəliklərinin müalicə və əməliyyatı

Fəaliyyət Sahəsi və Xidmətlər

Otorinolarinqologiya – qulaq, burun, boğaz (udlaq, qırtlaq, traxeya) xəstəliklərini öyrənir və onların müalicə-profilaktikası ilə məşğul olur. Bu orqanların hər üçünün bir ad altında birləşdirilməsinin səbəbi onların anatomik yaxınlığı ilə bağlıdır. 

Burun əməliyyatları və xəstəlikləri

Burun çəpəri əyriliyi, burun balıqqulaqlarında aparılan əməliyyatlar, tonzillektomiya, adenoidektomiya, xoruldama cərrahiyyəsi və s.

Boğaz əməliyyatları və xəstəlikləri

Qırtlaq xəstəliklərində cərrahi müdaxilə (endoskopik mikrolarinqoloji əməliyyatlar), səsin korreksiyası və digər müalicə və əməliyyatlar

Qulaq əməliyyatları və xəstəlikləri

Qulaq pərdəsi təmiri, eşitmə azlığı, qulaq iltihablarının mualicəsinə dair müalicə və əməliyyatlar

Baş-Boyun əməliyyatları

Anadangəlmə üz və damaq qüsurlarının aradan qaldırılması, tüpürcək vəzi və qalxanabənzər vəzi əməliyyatları və s.

Xəstəliklər və Müalicə Üsulları

Şarşəkilli kateter

Sinoplastika əməliyyatı

Xüsusilə son illərdə seçilmiş burunətrafı ciblərin xroniki iltihabı hallarında tez-tez üstünlük verdiyimiz üsul şarşəkilli kateter ilə aparılan burunətrafı ciblərin iltihabı əməliyyatı olan şarşəkilli kateterli sinoplastika üsuludur.

xoruldamanın müalicəsi

Xoruldamanın müalicəsi

Xoruldamaq insanın və ailəsinin yuxu keyfiyyətinə təsir edən problemdir. Bir qayda olaraq zarafata salınsa da xoruldamaq gündəlik həyatda zəifləmə ilə yanaşı məktəb və biznes həyatında səmərəliliyin aşağı düşməsinə səbəb olur.

Burunətrafı ciblər

Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi

Üz sümüklərinin daxilindəki boşluqlar burunətrafı ciblər (latınca sinus) adlanır. Sağlam olmaq üçün burunətrafı ciblərdə yaranan ifrazat buruna boşaldılmalıdır. Xroniki sinusit xəstələrində isə ifrazatın boşaldılmasını təmin edən axarlar tıxanmış olur.

Konxa Radiofrekans

Konxa Radiofrekans

Konxa Radiofrekans son illərdə ən sıx tərcih edilən prosedurdur və yerli anesteziya altında aparılır. Prosedur ümumi olaraq 15 dəqiqə davam edir. Prosedurdan sonra 30 dəq dinləmədən sonra evə getmək olar.

Tamponsuz burun əməliyyatı

Tamponsuz burun əməliyyatı

Tamponsuz burun əməliyyatı – Burun əməliyyatları xüsusilə estetik cərrahiyyəsindəki inkişaf və kameralı müayinə texnologiyasının inkişaf etməsi ilə son illərdə artıb.

Təhsil və Təcrübə

Otorinolarinqoloq LOR həkimi